Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəfər Kubokunda ilk finalçı və bürünc medalçı bəlli olub

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçirilən mini-futbol üzrə Zəfər Kubokunda yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunan ilk görüşdə "Xocavənd" və "Qubadlı" komandaları qarşılaşıblar.

Matçı fəxri qonaq qismində Milli Məclisin 42 saylı Sumqayıt II seçki dairəsindən deputatı, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, ATƏT Parlament Assamblyasında nümayəndə heyətinin üzvü, Avronest Parlament Assamableyasında nümayəndə heyətinin üzvü və Enerji Təhlükəsizliyi komitəsinin sədri, əslən Qubadlıdan olan Tahir Mirkişili, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı, eyni zamanda "Cəbrayıl, FüzuliŞuşanın azad olunmasına görə medalları ilə təltif olunmuş Zaur Hüseynov, həmçinin, Dünya Kuboku və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Minsk-2019 II Avropa Oyunlarının gümüş, Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı, əslən Qubadlıdan olan yunan-Roma güləşçisi İslam Abbasov izləyib.

Qonaqların topa rəmzi toxunuşundan sonra qarşılaşma başlayıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən "Xocavənd" finala yüksələn ilk komanda olub. "Qubadlı" isə bürünc medallara layiq görülüb.

Yarımfinalın digər oyununda "Suqovuşan" "Ağdam"ı sınağa çəkəcək.

Zəfər Kuboku

28 may

Yarımfinal

"Xocavənd" - "Qubadlı" - 2:1

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar