Şənbə, 25 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Prezident və xanımı Zəngilanda “ağıllı kənd təsərrüfatı” texnikaları ilə tanış olublar - Fotolar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda “Aqroservis” ASC tərəfindən təqdim edilən “ağıllı kənd təsərrüfatı” texnikaları ilə tanış olublar.

PİA.az xəbər verir ki, görüşdə məlumat verildi ki, “Ağıllı kənd” təsərrüfatı idarəetmə sistemində ən müasir texnoloji yeniliklər tətbiq olunacaq. Belə ki, burada yaradılacaq iqlim stansiyaları bitki xəstəlikləri ilə bağlı erkən xəbərdarlıq əldə etməyə, suvarmanı planlı şəkildə aparmağa və hava məlumatını almağa imkan verəcək. Bundan başqa, burada zərərvericilərin uzaqdan izlənilməsinə və əkin ərazilərinin, araşdırma sahələrinin mövsümi olaraq yüksək keyfiyyətli fotoşəkillərini çəkə bilən sistemlər də quraşdırılacaq.

Həmçinin heç bir sahə məhdudiyyəti olmadan sərbəst hərəkət edən və ərazidə təhlil aparan skaner, əməliyyatları səmərəli şəkildə həyata keçirmək üçün süni intellekt və proqnozlaşdırıcı analizə sahib platforma, məhsulun yetişdirilməsi zamanı ortaya çıxa biləcək problemləri vaxtında aşkarlaya biləcək dron texnologiyaları da yüksək məhsuldarlığın əldə olunmasında mühüm rol oynayacaq.

Diqqətə çatdırıldı ki, Zəngilan pivot suvarma sistemləri də ən müasir texnoloji yeniliklərlə təchiz olunacaq. Burada 5 pivot sistemi quraşdırılacaq ki, bu da 157 hektar ərazinin suvarılmasına imkan verəcək.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

“Camaat aylıq 250 manatla dolanır, Fəzail Ağamalı 7 min maaşla insanları ələ salır” – Video

Qida məhsullarının zənginləşdirilməsinə Nazirlər Kabineti qərar verəcək

İrandan Azərbaycana növbəti xain zərbə - Video

Qida məhsullarının laboratoriyalarda tədqiqinə görə xidmət haqqı müəyyənləşəcək

“Qalatasaray”ın yeni baş məşqçisi: “Hədəflərimiz dəyişməyib” - Video

Mehriban Əliyeva Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib

Ərdoğan: “Meşə yanğınını törədənlərin cəzası edam olmalıdır”

Kərim Vəliyev MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Avropa ölkələrinə üz tutan ukraynalı qaçqınların sayı açıqlanıb

Ən çox oxunanalar