Şənbə, 25 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiyanı nə dayandırar?

Natiq Cəfərli
REAL Partiyası

Qərbin Rusiyanı analiz etmək problemi var. Ukraynada işğalçı müharibə qızışandan (hətta müharibədən öncə də) ən çox yayılan tezislərdən biri bu idi ki, Rusiya hərbçilərin itkilərinə, iqtisadi çətinliklərə görə çox tez bir zamanda çökəcək, orta statistik rus vətəndaşı insan itkilərinə və iqtisadi çətinliklərə görə ayağa, etiraza qalxıb Putin rejimini devirəcək. Çox yanlış analiz və gözləntidir. Rusiya yaranandan bəri bütün hakimiyyətlər insan həyatını heçə sayıblar, onlar üçün əsgər-zabit ölümləri faciə deyil, ancaq statistika olub.

İqtisadiyyata gəldikdə, orta statistik rus deyir ki, ac olaram, amma torpaqlarımı qaytararam, yoxsul olaram, amma imperiyamızı quraq. Yəni müharibəni başlayan, aparan “kollektiv” Putindir, o, rus cəmiyyətinin, orta statistik rusiyalının sözçüsü, onların arzularının ifadəçisidir.

Ukrayna və Qərb mətbuatı həm də müharibəni başqa cür təqdim edir, sanki artıq Ukrayna tam qələbə qazanır, lap az qalıb, amma…

2022-ci il fevralın 24-nə qədər Rusiya Ukrayna torpaqlarının 7 faizindən bir qədər çoxunu işğal etmişdi. İtirilən torpaqların ümumi sahəsi 44,1 kvadrat kilometr (Azərbaycanın yarısı qədər) idi. Yeni işğal dalğasında Rusiyanın əlinə keçən ərazi ümumilikdə 125,5 min kvadrat kilometri ötüb. Rusiya Ukrayna ərazisinin 20,8 faizini işğal edib – Macarıstanın, Bolqarıstanın ərazisindən böyük bir ərazini.

Qərb hələ də düşünür ki, Rusiya Ukraynada 30, 40, 50, 100 min itki versə, müharibə dayana bilər. Səhv analizdir. Rusiyanı müharibəyə son verməyə vadar edən tək məsələ tutduğu ərazilərin böyük bir qismindən vurulub-çıxarılması ola bilər. Məhz bu faktor – torpaq itkisi orta statistik rusiyalıya təsir edə bilər. Əgər yaxın iki ay ərzində Ukrayna ordusu Xerson və Zaporojye vilayətlərinin ərazisini işğalçı ordudan təmizləyə bilməsə, Rusiyada heç bir daxili etiraz olmayacaq, çünki əsrlərdir imperiya düşüncəsi ilə zəhərlənən toplum ölkələrinin “uğur hekayəsini” rifahda, azad yaşamaqda deyil, torpaq almaqda görür…

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

“Camaat aylıq 250 manatla dolanır, Fəzail Ağamalı 7 min maaşla insanları ələ salır” – Video

İrandan Azərbaycana növbəti xain zərbə - Video

Qida məhsullarının zənginləşdirilməsinə Nazirlər Kabineti qərar verəcək

Qida məhsullarının laboratoriyalarda tədqiqinə görə xidmət haqqı müəyyənləşəcək

“Qalatasaray”ın yeni baş məşqçisi: “Hədəflərimiz dəyişməyib” - Video

Mehriban Əliyeva Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib

Ərdoğan: “Meşə yanğınını törədənlərin cəzası edam olmalıdır”

Kərim Vəliyev MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Avropa ölkələrinə üz tutan ukraynalı qaçqınların sayı açıqlanıb

Ən çox oxunanalar