Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qanuni oğru”ların bakılı anası: Gizli kazinolar, almaz alveri… 

O, iki "qanuni oğru"nun arvadı olmuşdu. Əslində, onun özü də oğru aləminin ən yüksək titulunu ala bilərdi. Amma oğru qanunları qadına ad almağa icazə vermirdi.

Əvəzində isə bu bakılı qıza "oğruların anası" titulu verilmişdi.

Bakıda, yəhudi ailəsində anadan olmuşdu Kalina Nikiforova.

Çox erkən ərə getmişdi. Atası da yox, babası yaşlı kişiyə. Əri zərgər idi Kalinanın. Ailə qurandan bir neçə il sonra əri dünyasını dəyişir. Onun var-dövləti isə Kalinaya qalmışdı. İlk baxışdan adama elə gəlirdi ki, bu qədər var-dövlət ona ömrünün sonuna qədər bəs edəcək. Amma Kalina başqa yolu tutdu.

Musavat.com oxu.az-a istinadən bildirir ki, əvvəlcə Bakının ən məşhur mağazalarından olan "Beryozka"da (şəhərdə valyuta ilə alver edilən yeganə məkan idi) işə düzəlir. Qısa zamanda özü də kifayət qədər pul qazanır. Çox keçmir ki, təkcə valyuta satanların, fırıldaqçıların yox, həm də məmurların diqqət mərkəzinə düşür. Bir qədər də keçir, adı varlı adamların evlərinin qarət edilməsində hallanır. Və həyat sanki onu həbsə yuvarlayırdı.

Deyilənə görə, 70-ci illərdə Yuri Qorbatıy adlı qanuni oğru əsasən yəhudilərdən ibarət və Kalinanın da üzvü olduğu "Xunta" adlı qrup yaradıbmış. Dəstə Sovet İttifaqını tərk edərək İsrailə yollanan yəhudiləri qarət etməklə məşğul olurdu. Gömrük işçiləri arasında öz adamlarını yerləşdirən "xaç anası" İsrailə gedən adamların hansı yüklə vətənə yollanacaqlarını öyrənir və əlaltılarına xəbər verirdi. 1975-ci ildə, 30 yaşındaykən Kalina həbs edilir. Nikiforovaya üç il həbs cəzası kəsilir. O, Mojayskdakı həbsxanaya göndərilir. 3 il ərzində bütün qadın dustaqların hörmətini qazanır, onların hamisinə çevrilir. Həbsxanada qadınlara qarşı haqsızlığa üsyan edir, dəfələrlə "kars"a salınır. Tezliklə, Kalinanın adı İttifaq miqyasında kriminal aləmdə məşhurlaşır.

Həbsdən çıxandan sonra Bakıya qayıtmır. Moskvada məskunlaşır. Kriminal aləmdə "Yuliya" ləqəbi ilə tanınır. Həmin vaxt isə gələcəyin məşhur "qanuni oğru"larından olan Vyaçeslav İvankov, "Yaponçik"lə tanış olur.

Sovet dövründə işsiz adamı tüfeyli həyat tərzi keçirməkdə günahlandırırdılar. Buna görə də, Moskvadakı pivə barlarından birində ofisiant kimi işə başlayır. Elə İvankovla da burada tanış olur. Bir il sonra onların oğlu dünyaya gəlir. Uşağa Viktor adı verilir. Maraqlıdır ki, illər keçəcək, Viktor da "qanuni oğru" titulu alacaqdı.

Oğru qanunlarına görə belə adamlar evlənməli, ailə sahibi olmalı deyildilər. Ancaq "oğru dünyası"nda onları "oğru ailəsi" hesab edirdilər.

40 yaşlarında bu qadın artıq milyonçu idi.

Kalina Nikiforova bir neçə gizli kazino açmışdı. Oradan külli miqdarda pul axırdı xəzinəsinə. O pulların böyük hissəsi isə həbsxanalara, imkansız dustaqlara göndərilirdi.

80-ci illərin əvvəllərində onun biznesinin əsasını Yakutiyadan gətirilən qaçaq brilyant və almaz təşkil edirdi. Həmin qiymətli əşyalar isə İsraildən tutmuş keçmiş sosialist düşərgəsi ölkələrinədək imkanlı şəxslərə satılırdı.

"Yaponçik" növbəti dəfə uzun müddət həbsə getdikdən sonra özünə yeni ər tapmışdı. Bu adam "qanuni oğru", "Professor" ləqəbli Rubik Sarkisyan idi. Ömrünün son illərini Kalina və Rubik İrəvanda keçirmişdilər.

80-ci illərin sonunda onlar Amerikaya getməyə cəhd göstərdilər. Hər şey dəqiqliklə hazırlandı. Hətta hansı şəhərdə məskunlaşacaqları belə bəlli idi.

Amma hər şey qəfil dəyişdi.

1988-ci ilin fevralında Kalina gözlənilməz şəkildə ürək tutmasından vəfat etdi.

Kalina yuxarıda dediyimiz kimi, "qanuni oğru" adı ala bilməzdi. Araşdırmaçı-jurnalist İlqar Əlfinin Lent.az-a dediyinə görə, indiyədək heç bir qadına "qanuni oğru" adı verilməyib.

"Eləcə də Kalinaya. "Pəncəli Aslan" Klara, Fatma, bəli bunlar avtoritet olublar. Amma "qanuni oğru" olmayıblar. Fatmadan soruşurdum ki, niyə qadınlara "qanuni oğru" adı verilmirdi. Deyirdi, qadınlar hisslərinə çox tabedilər. Çünki məsuliyyətini çəkə bilmirlər. Ona görə də, onlara ad verilmirdi və düz də deyirdi".

Hə, ad verilməmişdi. Amma SSRİ-də onu "qanuni oğrular"ın anası kimi tanımışdılar...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar