Cümə, 01 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

DSX əsgərinin intiharına görə komandirə ağır cəza verildi

Ötən il sentyabrın 6-da səhər saatlarında Naxçıvanda yerləşən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində əsgərin intiharına görə baş çavuş həbs olunub.

Qafqazinfo” xəbər verir ki, Ağstafanın Eynallı kəndindən olan əsgər Neman Məmmədovu uzun müddət incidən sərhəd zastavasının təminat qrup komandiri – müddətdən artıq hərbi qulluqçu, 1996-cı il təvəllüdlü S.Zeynalov Cinayət Məcəlləsinin 125 (Özünü öldürmə həddinə çatdırma) və 329.2.1-ci (Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddələri ilə ittiham edilib.

Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə Babək rayon sakini olan hərbçiyə 5 il həbs cəzası verilib.

Lakin mərhum əsgərin ailəsi onun komandirinə verilən cəza ilə razılaşmayıb. Onlar apellyasiya instansiyasına müraciət edərək, Neman Məmmədovun intihar deyil, S.Zeynalov tərəfindən açılmış atəş nəticəsində ölməsini və ona daha ağır cəzanın verilməli olduğunu bildiriblər. Bir neçə gün əvvəl keçirilən məhkəmə prosesində şikayət təmin edilməyib və Hərbi Məhkəmənin hökmü qüvvədə saxlanılıb.

Məhkəmə prosesində o da məlum olub ki, S.Zeynalov tabeliyində olan əsgərə uzun müddət alçaldıcı münasibət göstərib və ona qarşı psixoloji və fiziki zorakılıq göstərib.

Belə ki, o, Neman Məmmədovun saçlarını səliqəsiz qırxaraq əsgər yoldaşlarının yanında onu ələ salaraq gülüb, avqust ayında günorta vaxtı saatlarla açıq ərazidə günün altında işlədib, mütəmadi söyərək şərəf və ləyaqətini alçaldıb, gənc əsgərlər qarşısında onu mütəmadi olaraq “ziyanverici” adlandırıb, anbardan icazəsiz quru qida payı götürdüyünə görə oğru kimi təqdim edib, həmçinin, istirahət etməyə və televizora baxmağa imkan verməyib.

Nəticədə N.Məmmədov sentyabrın 6-da saat 09:50-də xidmətdə olduğu postda avtomat silahla alın nahiyəsindən atəş açaraq intihar edib.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Azərbaycanda 24 yaşlı gənc icra başçısı olmaq üçün Prezidentə ərizə yazıb - Amma aldığı cavabdab heç də məmnun deyil...

Emmanuel, məni diqqətlə dinlə! - Putinlə Makron arasında telefon danışığının stenoqramı yayıldı

Sabirabadda korrupsiya əməliyyatı keçirildi - Saxlanılan var

Prezident İlham Əliyev Aşqabadda Vladimir Putinlə görüşüb - Yenilənib

Rüstəm Usubovun daha bir cinayətinin üstü açıldı - Sensasion ifadə

Zakir Fərəcovun əli ilə Sumqayıtı “yaşıllaşdıran” ata-bala kimlərdir?

Xalidə Kəngərlinin qardaşından daha bir açıqlama - Video

Sülhəddin Əkbər: “Artıq NATO-nun bir nömrəli düşməni Rusiyadır” - Müsahibə

Baş Mil-Muğan Kollektorlarının İstismarı İdarəsi rəisi sahibkarlıq fəaliyyəti ilə məşğuldur - Foto

“Azərbaycan Qarabağdakı erməni silahlılarını legitim hədəf elan etməlidir” - Hərbi ekspert

Azərbaycan əsgəri xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində ölüb

Ən çox oxunanalar