Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Zülfüqarov: “Azərbaycan fərqli olaraq, Ermənistan çıxılmaz vəziyyətdədir”

Azərbaycandan fərqli olaraq, Ermənistan çıxılmaz vəziyyətdədir. İrəvana maliyyə yardımı hava-su kimi lazımdır. İndiki halda Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyəti bu maliyyə yardımını ancaq Avropa İttifaqından ala bilər”.

Bunu “Report”a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun fikrincə, düşdüyü çıxılmaz vəziyyətə görə Ermənistan Qərbə yaxınlaşmaq istəyir: “Kreml bunu başa düşür. Çox güman ki, Ermənistan Qərbə doğru bir az da addım atsa, Rusiyanın təzyiqləri arta bilər. Ancaq onu da nəzərə almaq lazımdır ki, indi Rusiya böhran içərisindədir. Şimal qonşumuz tədricən regiondan çıxır. Ermənistan onu elə də düşündürmür. Bir sözlə, hazırkı durum çox mürəkkəbdir və birmənalı proqnoz vermək çətindir”.

Azərbaycan diplomatiyasının sabiq rəhbəri hesab edir ki, əsas problemlər nə Brüsseldə, nə də Moskvada həll olunub: “Nikol Paşinyan Qarabağla bağlı siyasətini yeni şəraitdə davam etdirəcəyini bildirib. Əgər belə olacaqsa, deməli, müharibə hələ bitməyib. Çünki Azərbaycan Ermənistanın həmin siyasəti ilə heç bir halda razılaşmaz”.

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 22-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüşdə Zəngəzur dəhlizinin açılması haqqında razılıq əldə olunub. T.Zülfüqarov vurğulayıb ki, əsas məsələ həmin yolun bərpa olunmasıdır: “Ən vacib məqam isə Zəngəzur dəhlizinin hansı qaydalarla işləməsidir”.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Brüssel görüşü barədə məlumatlandırmasına toxunan keçmiş XİN başçısı söyləyib ki, koordinasiyalı fəaliyyət liderlər arasında imzalanan “Şuşa Bəyannaməsi”nin əsas tələbidir: “İkinci bir tərəfdən isə, iki qardaş ölkənin birgə təşkilatçılığı ilə tədbirlərin keçiriləcəyi gözlənilir. Ola bilsin, prezidentlər telefon danışıqlarında həm də bu barədə fikir mübadiləsi aparırlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar