Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Brüsseldə yeni diplomatik qələbə qazandı

May ayının 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Üçtərəfli görüşdən sonra Şarl Mişelin mətbuata verdiyi bəyanatının Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşməsi ölkəmizin, ölkə rəhbərimizin növbəti diplomatik qələbəsidir.
Üçtərəfli görüşdəki danışıqların Azərbaycanın milli maraqlarına uyğun olan formatda keçirilməsi diqqəti çəkən ən əsas məqamdır. Bu Azərbaycanın danışıqlar masasında qalib ölkə statusunda olması ilə, eləcə də ölkə rəhbərimizin siyasi iradəsi, müdrikliyi, ağıllı, müdrik siyasət yürütməsi və hər zaman qələbə əzmində olması ilə əlaqədardır.

Brüssel görüşünün nəticəsi göstərdi ki, Azərbaycanın təklif etdiyi 5 prinsip sülh müqaviləsinin yeganə müzakirə formatıdır. Ümumilikdə 5 saatdan çox davam edən üçtərəfli danışıqların nəticəsi olaraq tərəflər arasında bir neçə istiqamətdə razılaşmalar əldə edilib. Əsas məqam odur ki, görüşdə Dağlıq Qarabağ ifadəsi işlədilməyib, status məsələsi gündəlikdə olmayıb. Danışıqlar Azərbaycanın milli maraqlarına uyğun formatda aparılıb və dövlətimizin irəli sürdüyü geosiyasi mövqelərimiz bu dəfə də əhəmiyyətli şəkildə qorunub. Azərbaycan Prezidentinin dəfələrlə vurğuladığı kimi, Dağlıq Qarabağ adlı ərazi yoxdur, Qarabağ iqtisadi rayonu var. Ən əsası isə Qarabağda yaşayan etnik ermənilərin statusundan söhbət gedə bilməz. Bu da bir daha göstərir ki, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan regionda bütün dünyanın qəbul etdiyi yeni reallıqlar yaradıb.

Sülh müqaviləsi ilə bağlı bu görüş zamanı ciddi müzakirələrin aparılması isə təsdiq edir ki, Brüssel də sülh müqaviləsinin, sülhün bərqərar olunmasının tərəfdarıdır. Kommunikasiya xətlərinin açılması istiqamətində işlərin davam etdirilməsi, Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər bu kimi məsələlərlə də bağlı geniş fikir mübadiləsinin aparılması deyilənləri bir daha təsdiq edir. Delimitasiya, demarkasiya məsələlərinə də diqqət ayrılması özünü, Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi ilə bağlı razılığın əldə olunmasında göstərdi. Bu Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaqdır.

Prezident İlham Əliyev son Brüssel görüşündə də ölkəmizin haqlı və beynəlxalq hüquqa söykənən tələbləri ilə bağlı bir daha prinsipial mövqe nümayiş etdirdi. Ölkə rəhbərimizin siyasi iradəsi bu beynəlxalq platformada da özünü göstərdi və növbəti diplomatik qələbə kimi tariximizin şanlı səhifəsinə yazıldı. Bütün dünya artıq qəbul etdi ki, Ermənistanın rəhbərliyi yaratdığımız yeni reallığla barışmaq məcburiyyətindədir və təqdim etdiyimiz məsələlərin həll olunmasının alternativi onlarda yoxdur. Bu isə mükəmməl diplomatik qələbə deməkdir və Azərbaycan bu dəfə də belə bir möhtəşəm qələbəyə, uğura imza atdı.
Prezident İlham Əliyevin müvəffəqiyyətlə həyata keçirdiyi xarici siyasət Azərbaycanın strateji maraqları, ölkəmizin uğurlu gələcəyi, təhlükəsizliyinə təminat verir və bu baxımdan həmin siyasət cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir və alqışlanır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar