Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Enerji Forumunun bir ssessiyası Şuşada keçiriləcək

Bakı Enerji Forumunun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq və iyunun 4-də Şuşa şəhərində Forum iştirakçıları ilə sessiya keçiriləcək.

“Report”un məlumatına görə, Forumun ilk iki günü - iyunun 2 -3-də Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə qlobal enerji perspektivləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi və bir sıra digər aktual mövzular ətrafında müzakirələr aparılacaq.

Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25 mövzusu daxildir. Plenar iclas “Enerji keçidi dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunub.

Forumun proqramına aktual mövzular da daxil edilib: Rəhbər şəxslərin müzakirələri, qlobal enerji perspektivləri; Xalis sıfıra aparan yol; Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı; Xəzər regionunda kəşfiyyat və hasilat imkanların xəritəsi; Ekoloji və sənaye təhlükəsizliyin təmin edilməsi: yeni yanaşma və yeni texnologiyalar; Neft-kimya kompleksinin inkişaf perspektivləri: cari və gələcək layihələr. Bakı Enerji Forumu çərçivəsində xüsusi sessiya - “Azərbaycanda dənizdə külək enerjisinin yol xəritəsi”, Dünya Bankının təşəbbüsü ilə keçiriləcək.

Аzərbaycan dövlət neft və sənaye universiteti və "BP Eksploreyşn" (Kaspian Si) limited şirkəti arasinda bərpa olunan enerji mənbələri üzrə ali təhsil proqramının həyata keçirilməsi ilə bağlı çərçivə sazişi də imzalanacaq.

Tədbirin məruzəçiləri arasında: Azərbaycan, Bolqarıstan, Rumıniya energetika nazirləri; Moldova və Serbiyanın Baş nazir müavinləri; Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF); ABŞ-ın enerji ehtiyatları bürosunun və Avropa komissiyasının nümayəndələri; SOCAR, BP, TPAO, "Equinor", "Uniper", "Tenaris", "TotalEnergies", "Masdar", "ACWA Power" və digər enerji sektorunun şirkət rəhbərlərinin çıxışları gözlənilir.

Yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər forumun proqramına daxildir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar