Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qobuda şəhidin xatirəsinə Abidə Bulaq Kompleksi istifadəyə verildi - Fotolar

Qobuda şəhidin xatirəsinə Abidə Bulaq Kompleksi istifadəyə verildi
2018-ci ilin aprelin 4-də cəbhənin Ağdam istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn baş leytenant Nurid Çingiz oğlu Abdullayevin anadan olmasının 30-cu ili münasibəti ilə Abşeron rayonunun Qobu qəsəbəsində Abidə Bulaq Kompleksi istifadəyə verilib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, şəhidin doğmaları və yaxınlarının, şəhid ailələrinin və qazilərin iştirak etdikləri mərasimdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən bütün igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, sonra Dövlət Himni səsləndirilib.

Mərasimdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun gücü və peşəkarlığı sayəsində qazanılan zəfərimizdə, işğaldan azad edilən torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanının, hər birinin fərqli qəhrəmanlıq səlnaməsinin olduğunu qeyd edib.

Tədbirdə çıxış edən şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar