Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahil Babayev Lerik məhkəməsinin saxta qərarla yaşını artırdığı 4 nəfərin pensiyasını kəsdi – İnanılmaz saxtakarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məqsədli şəkildə pensiyaçıların sayının azaldılması əhalinin yoxsul təbəqəsi arasında böyük narazılıqlara səbəb olmaqdadır.

Dünən AzToday.az olaraq dərc etdiyimiz “Sahil Babayev son 3 ayda daha 23 min pensiyaçını “zərərsizləşdirdi” – Nemət Əliyev statistikanı açıqladı” başlıqlı yazıda bu il yanvarın əvvəlinədək 1 milyon 200 min nəfərə düşən pensiyaçıların sayı aprelin əvvəlinədək 1 milyon 177 min nəfərə qədər azalmasından bəhs olunurdu.

Cəmiyyətdə böyük ajiotaja səbəb olan yazıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi reaksiya verməsədə, redaksiyamızla əlaqə saxlayan və adının çəkilməsini istəməyən nazirlik əməkdaşı statistik rəqəmlərin düz olduğunu, ancaq gerçəkliyi tam əks etdirmədiyini bildirib. AzToday.az-a açıqlamasında nazirlik əməkdaşı söyləyib ki, pensiyası kəsilən vətəndaşlar arasında saxta yollarla dövlətdən müavinət alanlar az deyil:

“Nazirlik saxta pensiyalarla bağlı yüzlərlə şəxs barədə məhkəməyə mürcaiət edərək, pensiyalarının kəsilməsinə nail olub. Nazirlik və məhkəmə tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, hətta pensiya yaşını məhkəmələrin saxta qərarları əsasında artıran vətəndaşlar var. Yerli məhkəmələr hansısa maraqlar əsasında vətəndaşların yaşının artırılması barədə qərar veriblər. Nazirlik tərəfindən aşkar olunan bu cür hallarla bağlı yuxarı məhkəmə instansiyalarına müraciət edib, həmin şəxslərin pensiyasının kəsilməsinə nail olmuşuq. Məhkəmə proseslərində ifadə verən vəzifəli şəxslər belə saxtakarlıq etdiklərini etiraf ediblər.

Təkcə Lerik rayon Məhkəməsinin 4 nəfərin yaşının artırılması barədə çıxardığı qərarlar Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunub. Həmin şəxslər bir-neçə ay ərzində dövlətdən müvafiq məbləğdə pensiya alıblar. Saxta yollarla dövlətdən alınan pensiyanın geri qaytarılması istiqamətində işlərə tərəfimizdən hələ başlanılmayıb”.

AzToday.az tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, sözügedən Lerik qeydiyyatında olan 4 sakin tərəfindən yaşının artırılması üçün Lerik rayon Məhkəməsinə böyük məğləğdə rüşvət verilib. Həmin şəxslərin pensiyası kəsiləndən sonra belə məhkəməyə verdikləri pullar geri qaytarılmayıb.

Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyov

Məsələ ilə əlaqədar Lerik rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Mövzu ilə bağlı araşdırmalarimiz davam edir…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar