Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçala-Kürkənd-2 avtomobil yolu yenidən qurulur - Foto, Video

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilən yol infrastrukturu layihələrindən biri də Neftçala rayonunda Neftçala-Kürkənd-2 N-li Mayak avtomobil yolunun yenidən qurulmasıdır.

AAYDA-dan PİA.az-a verilən məlumata görə. Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən Neftçala-Kürkənd-2 N-li Mayak marşrutu üzrə 19 km uzunluğa malik avtomobil yolu uzun müddət idi ki, istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir edilmirdi. Bu üzdən mövcud örtükdə artıq deformasiyalar yaranmışdı.

Bu isə normal hərəkətin təşkili üçün problemlərə səbəb olurdu.

Belə ki, avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Bunun üçün yolboyu torpaq, qazma, yolun profilə salınması işləri görülür. Yol yatağı hazır olan hissələrdə isə normativ qalınlıqda yol əsasının alt və üst layının tikintisi işləri aparılır. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsi isə 6 metrdir.

Mövcud borular yararsız vəziyyətdə olduğu üçün “İnşaat Norma və Qaydaları”na əsasən yolboyu suların ötürülməsini təmin etmək məqsədi ilə yenilərinin quraşdırılması, boru başlıqlarının tikilməsi işləri də görülür. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq.

Tikinti işlərinin sonunda hərəkətin normal təşkili üçün yol nişanları, km göstəricilərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi və dayanacaqların qoyulması nəzərdə tutulub.

Layihə üzrə sadalanan işlərin icrası ilə yolboyu müasir infrastruktur yaradılmış olacaq. Bu isə 3 yaşayış məntəqəsinin 20 mindən artıq əhalisinin rahat gediş-gəlişinə səbəb olacaq, yük və sərnişin daşıması asanlaşacaq, vətəndaşların sosial həyat şəraitinə müsbət təsir göstərən sahələr daha da inkişaf edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar