Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Röyanın iki günlük Gəncə konsertində yaşananlar - Fotolar

Xalq artisti Röya Ayxan Gəncədə iki gün ard-arda solo konsert verib. Müğənni 21-22 may tarixində Gəncə Dövlət Filarmoniyasında səhnəyə çıxıb.

PİA.az olay-a istinadən xəbər verir ki, pop ulduz 80 dəqiqəlik musiqili gecədə 20-ə yaxın mahnısını canlı səsləndirib. 11 ildən sonra Gəncədə konsert verən sənətçinin repertuarına keçmiş və yeni mahnıları daxil edilib.

Röyanı səhnədə 10 nəfər musiqiçi və iki solistdən ibarət Coşqun Qadaşovun rəhbərlik etdiyi orkestr müşayiət edib. Tədbirə böyük texniki heyət cəld edilib və müasir işıqlandırma sistemi qurlaşdırılıb.

Bundan əlavə, Xalq artisti hər gün üçün ayrı libas hazırlatdırıb, geyimlər aktrisa Nərgiz Əliyevanın modalar evinin imzasını daşıyıb.

R. Ayxan konsertin ikinci günündən əvvəl Gəncədə N saylı hərbi hissəyə gedib. Estrada ifaçısı 3 minə yaxın əsgər qarşısına çıxaraq mahnılarını səsləndirib, onlarla söhbət edib, xatirə fotosu çəkdirib.

1 saatlıq səhnəsindən sonra Röya Ayxan Gəncə Dövlət Filarmoniyasına yola düşərək sözügedən məkanda ikinci çıxışını edib.

Bu dəfə də Xalq artistinin konsertində izdiham yaşanıb.

Sözügedən konsertdə İska İsmayılov tərəfindən lentə alınan fotoları təqdim edirik:

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar