Ermənistanla delimitasiya üzrə komissiyaya Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev rəhbərlik edəcək.
PİA.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri təyin olunub.
pia.az