Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda "SEPAH ovu": Bir gündə 2 "İslam İnqilabı keşikçisi" öldürüldü

Dünən İranın Xuzistan bölgəsində SEPAH-ın regional komandiri öldürülüb.

Ovqat.com-un məlumatına görə, sui-qəsdin baş verdiyi Xuzistan əsasən ərəblərin yaşadığı vilayətdir və İrana qarşı ən aktiv mübarizə bu bölgədə aparılır. SEPAH isə bu üsyanları çox sərt şəkildə basdırmağa çalışır.

Qətlin törədilməsinə dair videolardan görünür ki, SEPAH-ın vilayət komandiri idarə etdiyi maşında çoxsaylı atəşə məruz qalıb.

Xatırladaq ki, dünən Tehranda da təxminən eyni saatlarda SEPAH-ın Qüds Qüvvələrinin polkovniki Həsən Səyyad Xudayari bənzər hücum nəticəsində öldürülmüşdü.

Ərzaq qıtlığının xalq üsyanlarına yol açdığı İranda bir tərəfdən də “İslam keşikçi”lərinin silahlı hücumlara məruz qalması ölkəni içindən çıxılması çətin böhranlara sürükləyir.

Nəzərə alsaq ki, isti günlər hələ qabaqdadır və hər yay mövsümündə İranın bir çox bölgəsi kimi, Xuzistan vilayəti də su üsyanları ilə çalxalanır, qarşıdakı yay fəslinin qonşu dövlətdə asan keçməyəcəyini proqnozlaşdıra bilərik.

SEPAH-a qarşı sui-qəsd dalğasının eyni anda başlaması bu təxribatların xaricdən kəşfiyyat orqanları tərəfindən hazırlanması ehtimalını artırır. Təsadüfi deyil ki, son zamanlar Suriyadakı İrana bağlı qüvvələrin İsrailin hava hücumlarına məruzqalma intensivliyi də artıb.

Rusiyanın Suriyadan çıxmasından sonra bu ölkəyə nəzarətin tamamilə SEPAH-ın əlinə keçirəcəyi proqnozlaşdırılırdı. SEPAH-ın öz içindən vurulması, sözsüz ki, onun xaricdə də müqavimət gücünü azaldır və İranı öz qınına çəkilməyə məcbur edə bilər. Bu isə ilk növbədə Bəşər Əsəd rejiminin sonunu gətirə bilər.

Avropanın qaz təchizatında Rusiya asılılığından qurtulması üçün Fars körfəzinin enerji ehtiyatlarının "qoca qitə"yə nəqli günün ən mühüm tələbi kimi qarşıda dayanır. Həmin marşrut isə Suriyadan keçir. Zənnimizcə, Rusiyanın Ukraynaya müharibəsinə, İranın isə öz daxili problemlərinə cəlb olunmasında bu amilin də mühüm rolu var. Məsələyə bu aspektdən yanaşanda dünən Tehranda və Xuzistanda SEPAH yetkililərinin sui-qəsdə məruz qalmaları təsadüfi görünmür və bu dalğanın getdikcə vüsət alacağı ehtimalı güclənir.

Sui-qəsddən dərhal sonra çəkilmiş videonu bu linkdən izləyə bilərsiniz. ⤵️

t.me/ovqatcom/24448

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar