Cümə axşamı, 30 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Qazaxıstanda Rusiya banklarının hesabları donduruldu

Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin rəhbəri Mədinə Əbilqasımova Rusiyanın Qazaxıstandakı törəmə şirkətlərinin hesablarına sanksiyaların tətbiqi ilə təxminən 9,2 milyard tengenin (21,5 milyon dollar) dondurulduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə “Informburo.kz” məlumat yayıb.

"Sanksiyalar fonunda bəzi xarici banklar “Sberbank”, “Alfa-Bank” və “Bank VTB ( Qazaxıstan )” xarici valyutada olan hesablarını bloklayıblar. Nəticədə, bankların məlumatına görə, bu bank hesablarındakı qalıqlar ümumilikdə təxminən 9,2 milyard tenge məbləğində dondurulub”, - deyə o, bildirib.

Qeyd olunur ki, "Sberbank" üçün 2,7 milyard tenge (6,3 milyon dollar), "Alfa-Bank" üçün 6,2 milyard tenge (14,5 milyon dollar) və "Bank VTB (Qazaxıstan)"üçün 0,3 milyard tenge (700 min dollar) hesabları dondurulub.

Bundan əlavə, xarici banklar "Sberbank"ın fərdi müştərilərinə 2,9 milyard tenge (6,8 milyon dollar) məbləğində xarici valyutada ödənişləri bloklayıblar.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Deputat: Bağçalar Xəyalə Əhmədzadənin monopoliyasındadır- "kəsdiyi başa zaval yoxdur"

Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib - Yenilənib

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - Yenilənib

Əmək pensiyaları ilə bağlı qanunda nələr dəyişib? - Detalları açıqlandı

“Azərsun” duru yağların qiymətini artırdı... - Monopolist istehsalçının bunun üçün zəruri səbəbləri var?

Gənclər və İdman İdarəsinin rəisi saxlanıldı - İcra başçısının müavininin qohumudur

Əli Həsənovun əlindən alınan əmlakı bu quruma verildi

Ərdoğanla ABŞ Prezidenti arasında görüş başa çatıb - Yenilənib

Əmək pensiyalarına dəyişikliyin detalları açıqlanıb

Türkiyənin şərtləri qəbul edildi - Ankara da bu iki ölkəyə NATO yolunu açdı

Ən çox oxunanalar