Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NASA çaşqınlıq içində - “Habbl” teleskopu Kainatda nəsə qəribə şeylərin olduğunu göstərir…

“Habbl” teleskopundan alınan məlumatlar NASA alımlərini çaşqın vəziyyətdə qoyub. Bu məlumatlara inanarsaq, Kainatda nəsə qəribə şeylər baş verir…

Entoni Aşkenaz
Daily Express, Böyük Britaniya, 22 may 2022-ci il

Son 30 ildə kainatın dərinliklərini öyrənmək üçün astronomlar “Habbl” teleskopundan istifadə edirlər. Lakin son zamanlat teleskopdan alınan məlumatlar alimləri belə bir heyratamiz qənatə gəlməyə vadar edib ki, Kainatda nəsə çox qərbə proses gedir.

1990-cı ildə istifadəyə verilən teleskop vasitəsi ilə astronamlar Kainatın zamanda və məkanda genişlənməsinin sürətini hesablamağa imkan verən 40 “yol sütununu” aşkar ediblər. Ancaq indi alimlər hazırkı genişlənmə sürətinin 14 millyard il əvvəl “Böyük partlayış”dan sonrakı dönəmdəki genişlənmə sürətindən fərqli olduğunu müəyyən ediblər.

Bununla bağlı açıqlamasında Agentlik aşağıdakıları bildirib: “Kainatın genişlənmə sürətini hesablamağa hələ 1920-ci illərdə astronom Edvin Habbl və Jorj Lemetr tərəfindən cəhd edilib. Həmin araşdırmalar 1998-ci ildə qaranlıq enerjinin - sirli itələyici gücün kəşf edilməsinə kömək edib.

Son 30 ildə “Habbl” teleskopundan və digər teleskoplardan alınan məlumatlar sayəsində astronomlar daha bir maraqlı məqamı aşkar ediblər. Bu məqam isə məhz yaxın qalaktikaların genişlənmə sürətinin daha uzaq və müstəqil olan, “Böyük partlayış”dan həmən sonra yaranan qalaktikaların genişlənməsindən fərqli sürətə malik olduğunu göstərir. Ancaq “Habbl” teleskopundan alınan və ən müxtəlif kosmik obyektləri əhatə edən məlumatlar Kainatda qəribə bir prosesin getməsi barədə hipotezi təsdiq edir.

“Habbl” teleskopundan alınan daha dəqiq məlumatlar sayəsində astronomlar müəyyən ediblər ki, Kainat əvvəl hesab olunduğundan daha sürətlə genişlənir. NASA alimləri əvvəllər Kainatın saniyədə 67,5 kilometr genişləndiyini proqnozlaşdırırlar. Hesab olunurdu ki, bu hesablamada ancaq 1,3% meqaparsek yanlışlıq ola bilər. Ancaq indi ortaya çıxan müşahidələr onu deməyə əsas verir ki, Kainatın genişlənməsi saniyədə 73 kilometr meqaparsekdir. Bütün bu hesaplamalara dayanaraq alimlər hesab edirlər ki, 10 milyard il ərzində Kainat iki dəfə artıq genişlənəcək.

Ekspertlər komandası “Habbl” teleskopundan alınan məlumatların şifrəsini açaraq Kainatın sirrlərini aşkarlamağa çalışırlar.

Bunula bağlı “Space Telescope Science Institute” teleskopu vasitəsi ilə araşdırma aparan Kosmik Tədqiqatlar İnstituunun və Baltimordakı Con Hopkins Universitetinin əməkdaşı Adam Riss bildirib ki, “Kainatın ən dəqiq genişlənmə sürəti bütün teleskopların qızıl standartları vasitəsi ilə kosmik boşluqların sayəsində hesaplanır. İndi alimlər onların qarşılarına çıxan bu tapmacanı yaxın zamanlarda kosmosa buraxılan “Ceyms Uebb” teleskopu vasitəsi ilə öyrənməyə cəhd edəəcəklər. “Ceyms Uebb” teleskopu yaxın zamanlarda Yerə məlumatlar ötürməyə başlayacaq. Bu yeni teleskop alimlərə Yerdən daha uzaq olan kosmik boşluqlar arasındaki məsafələr barədə yeni məlumatlar ötürəcək və hesab olunur ki, bu məlumatlarda hər şey daha aydın görünəcək.

Günəş sistemindəki prosesləri araşdıran mütəxəsis Haydi Hammel bildirib ki, o, səbirsiliklə “Ceyms Uebb” teleskopundan yeni məlumatları gözləyir: ““Ceyms Uebb” teleskopu ən zəif uzaq qalaktikalarda işıq parıltılarını belə tutmaq gücünə sahibdir və mənim komandam Yerə ən yaxın olan kosmik məkanlarda nəyin baş verdiyini müşahidə edə və Günəş sisteminin çoxlu sirrlərini aşkar edə biləcək”.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar