Şənbə, 25 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Zəfər Kubokunda yarımfinalçılar bəlli olub

İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda bu gün qrup mərhələsinin son görüşləri keçirilib.

Bakı Olimpiya Stadionunun qapalı meydançasında III turun 4 qarşılaşması oynanılıb.

Günün ilk matçı A qrupunda "Füzuli" və "Xocavənd" komandaları arasında olub. "Xocavənd" 9:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. Qarşılaşmanı fəxri qonaq qismində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev və Azərbaycan millisinin sabiq kapitanı, "Neftçi" ilə "Keşlə"nin (hazırkı "Şamaxı") sabiq baş məşqçisi Tərlan Əhmədov izləyib.

Xatırladaq ki, "Füzuli" ilk matçında "Cəbrayıl"a 2:4 hesabı ilə uduzduğu halda, "Xocavənd" bu komandanı da yenib - 6:0.

Növbəti qarşılaşma B qrupunda "Suqovuşan" və "Xocalı" komandaları arasında gerçəkləşib. 2:1 hesablı qələbə qazanan "Suqovuşan" yarımfinala adlayıb. Komanda ilk görüşündə "Şuşa" kollektivini 9:1 hesabı ilə yenib, "Xocalı" isə eyni rəqibi 7:1 hesabı ilə məğlub edib. Matçı gənclər və idman naziri Fərid Qayıbov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev izləyib.

Bu oyundan əvvəl Azərbaycan Premyer Liqasında 2020/2021 və 2021/2022 mövsümlərinin ən yaxşı futbolçularının mükafatlandırma mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev müvafiq olaraq, Namik Ələskərov və Kadi Borges Malinovskini təltif ediblər.

Günün üçüncü qarşılaşmasında C qrupunda "Laçın" və "Qubadlı" komandaları üz-üzə gəlib. Oyunu fəxri qonaqlar qismində Milli Məclisin deputatı Cavid Osmanov və veteran futbolçu Novruz Əzimov izləyərək, topa ilk rəmzi toxunuş edib.

"Laçın" 3:2 hesablı qələbə qazansa da, "Qubadlı" daha üstün top fərqinə görə, mərhələ adlayan tərəf olub. İlk turda "Laçın" "Kəlbəcər"ə 0:2 hesabı ilə uduzubsa, "Qubadlı" qalib gəlib - 4:0.

Nəhayət, günün son oyununda D qrupunda "Zəngilan" və "Xankəndi" komandaları qarşılaşıb. Fəxri qonaqlar Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli, tanınmış jurnalist Qulu Məhərrəmli və məşhur şahmatçı Zeynəb Məmmədyarova olub. "Xankəndi" 9:0 hesabı ilə qalib gəlsə də, daha üstün top fərqinə malik "Ağdam" yarımfinala çıxıb.

Əvvəlki oyunlarda "Zəngilan" "Ağdam"a 0:10 hesabı ilə uduzubsa, "Xankəndi" bu komanda ilə heç-heçə edib - 2:2.

Zəfər Kuboku

22 may

A qrupu

"Füzuli" - "Xocavənd" - 0:9

Qollar: Sərxan İbrahimoğlu (6), Ümid Süleymanov (2), Tural Məmmədli

B qrupu

"Suqovuşan" - "Xocalı" - 2:1

Qollar: İlkin Əhmədov, Nurşən Quliyev - Vəfadar Əliyev

C qrupu

"Laçın" - "Qubadlı" - 3:2

Qollar: Məğrur Salmanov (2), Akif Ulucay - Elcan Məmmədli, Rəşad Şükürov

D qrupu

"Zəngilan" - "Xankəndi" - 0:9

Qollar: Rüstəm Allahverdiyev (4), Məsim Məsimzadə (4), Emin Səfərov

Mayın 28-də keçiriləcək yarımfinal oyunlarında "Xocavənd" "Qubadlı" ilə, "Ağdam" "Suqovuşan"la görüşəcək.

Bombardirlər: Sərxan İbrahimoğlu ("Xocavənd") - 9, Nurşən Quliyev ("Suqovuşan") - 7, Məsim Məsimzadə ("Xankəndi"), Ümid Süleymanov ("Xocavənd") - 5, Rüstəm Allahverdiyev ("Xankəndi"), Xanoğlan İmanov ("Ağdam") - hər ikisi 4 qol.

Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Huner Group"un sponsorluğu, "Kəhriz su"nun və “Traumotology Orthopedic Center”in (TOC) tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə gerçəkləşir.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

“Camaat aylıq 250 manatla dolanır, Fəzail Ağamalı 7 min maaşla insanları ələ salır” – Video

Qida məhsullarının zənginləşdirilməsinə Nazirlər Kabineti qərar verəcək

İrandan Azərbaycana növbəti xain zərbə - Video

Qida məhsullarının laboratoriyalarda tədqiqinə görə xidmət haqqı müəyyənləşəcək

“Qalatasaray”ın yeni baş məşqçisi: “Hədəflərimiz dəyişməyib” - Video

Mehriban Əliyeva Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib

Ərdoğan: “Meşə yanğınını törədənlərin cəzası edam olmalıdır”

Avropa ölkələrinə üz tutan ukraynalı qaçqınların sayı açıqlanıb

Kərim Vəliyev MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Ən çox oxunanalar