Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

3 saylı xüsusi internat məktəbində xəstə uşaqların pulinu yeyirlər - İttiham var...

Aldığımız məlumatlara görə 3 saylı xüsusi internat məktəbində Təhsil Nazirliyi tərəfindən yoxlama aparılıb. Əldə etdiyimiz məlumatlara görə məktəbdə aparılan yoxlamalar zamanı ciddi nöqsanlar aşkar edilib. Amma ən gülməlisi bilirsiniz nədir? Bahar Kərimova məktəbdə yoxlama aparan təhsil işçilərindən narazıdır. Guya nazirliyin əməkdaşları məktəbin müəllimlərinə izahatı zorla yazdırıb. Biz hansı dövlətdə yaşayırıq. Bu adam niyə dövlətə , onun məmuruna şər – böhtan atır ? Necə deyərlər öz gözündə tiri görmür…

Qeyd edək ki, bu həmin Bahar Kərimovadır ki, bir neçə ay bundan əvvəl rəhbərlik etdiyi məktəbin müəllimləri onun qanuna zidd əməllərinə dözməyib etiraz aksiyası keçirmişdilər.
Ümumiyyətlə, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı Xüsusi internat məktəbi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbi ilə birləşdirilərək onların bazasında Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbi yaradılıb.

1958-ci ildə istifadəyə verilən məktəb binasında 2005-ci ildə Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri aparılıb.

2005-ci il mayın 10-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışında iştirak edib.

Göründüyü kimi 3 saylı Respublika xüsusi internat məktəbi hər zaman diqqət mərkəzində olub və Mehriban xanım məktəbin maddi-texniki bazasının güclənməsinə qayğı göstərib.
Məktəbdə hazırda 250-yə yaxın şagird təhsil alır. Onların məktəbə qəbul olunmasından ta buranı bitirməsinə qədər olan bütün mərhələlər direktor üçün gəlir mənbəyinə çevrilib. Bir şagirdin məktəbə qəbulu 500 manata başa gəlir. Hər il isə uşaqların tibbi komissiyadan keçməsi üçün direktor əlavə 100 manat tələb edir. Hal-hazırda məktəbdə alverin şıdırğı vaxtıdır.

Müəllimlər direktorun haqqını çatdırmalıdırlar. Məlumata görə direktor karantin, pandemiya vecinə almır. Növbəti tədris ilində şagirdini qorumaq istəyən müəllim 100 manatını direktorun köməkçisinə verməlidir. Əks təqdirdə müəllimin dərs yükü əlindən alınır.

Məktəbdə baş verən olaylar barəsində sosial şəbəkələrdə video şikayət yayılıb və buna sadəcə heyrətlənməmək mümkün olmur.

Nizami Rayonu Şərifli 3 ünvanında yerləşən 3 nömrəli xüsusi internat məktəbinin müəllimləri məktəbin direktoru Bahar Kərimovadan təhsil nazirliyinə şikayət ediblər. Onların şikayətləri bundan ibarət olub ki, maaşlarından ildə iki dəfə (?!) Sabunçu rayon Qızıl Aypara cəmiyyətinə vəsaitlər tutulur. Halbuki, hər hansı cəmiyyətə, təşkilata və s. qurumlara vəsaitlərin tutulması prosesi qanuvericiliyə görə ildə bir dəfə həyata keçirilə bilər. Amma öyrənəndə ki, Sabunçu rayon Qızıl Aypara cəmiyyətinin sədri kimdir, bu zaman necə deyərlər, “barmağımızı dişlədik”. Həmin şəxs Bahar Kərimovun həyat yoldaşı İlham Kərimovuymuş!

Maraqlıdır, internat məktəbinin müəllimlərinin maaşlarından bir miqdar vəsaitlər nəyə görə ildə iki dəfə bir təşkilata köçürülür? Bunu hansı qanun kitabında yazıblar? Nə qədər axtardıqsa, tapa bilmədik…

Şagirdlərin pulları hesabına alınan qutu-qutu pamperslər və s. məhsullar ambardan boşaldılaraq məktəbin avtomobili ilə haralara daşınır? Bu sualı da redaksiyamıza mürüciət edən mənbə ünvanlayır.

3 nömrəli xüsusi internat məktəbi haqqında digər bir fakt odur ki, məktəbin direktoru hər sinfə (ibtidailərdən tutmuş böyük siniflərə qədər) ayrı-ayrılıqda pamperslər almağı tapşırır və yığılan pamperslər heç də bu məktəbin tələblərinə ödənilmir. Hətta məktəbin lallar və karlar üçün xüsusi təhsil müəssisəsi olduğunu nəzərə alsaq pampers ehtiyaclarının buraya deyil, məhz ruhi-əsəb xəstəliklərinə malik xüsusi internat məktəblərinə aid olduğunu deyə bilərik. Bəs pamperslər niyə alınır və qutulardan çıxarılaraq məktəbə məxsus avtomobillə haraya daşınır? Redaksiyamıza müraciət edən mənbə bu sualın da cavabını axtarır.

Eləcə də satışı qadağan olunan digər məhsulların da məktəbin ambarından yüklənərək kənara çıxarılması prosesini əks etdirən videokadrlardakı görüntülər də maraqlı, eyni zaman düşündürücüdür…

Beləcə sağlamlıq imkanları məhdud uşaqlara dövlətin göstərdiyi qayğı 3 saylı xüsusi təhsil məktəbində alver predmetinə çevrilib. Təhsil adına və dövlətin bu sahəyə olan qayğısına ləkə sayılan bu əməlləri nədənsə əlaqədar qurumlar görmürlər. Bəlkə 3 saylı Respublika xüsusi internat məktəbinin direktorunun xüsusi hüquqları da var bizlər bilmirik!

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.  (aktualxeber.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar