Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamran Əsədov: ""Poz, qazan"ın yerini dəyişə bilmiriksə, ən asanı universitetin yerini köçürməkdir?"

"Azərbaycanda mövcud qanunvericiliyin tələbləri var. "Reklam haqqında" qanunun tələblərinə görə təhsil müəssisələrinin yüz metrliyində lotoreya və bu tipli digər mərc oyunları məntəqələrinin yerləşdiriliməsi, eləcə də enerji, spirtli içkilərin, tütün məmulatlarının satışı qadağandır. ABŞ-da, İngiltərədə olmayan bəzi qanunlar bizdə var, ancaq təssüf ki, işlək deyillər. Bu sahədə nəzarətsizlikdir, çünki təhsil müəssisələri rəhbərliklərinin qanunvericilikdən xəbərləri yoxdur, başları qarışıb universitetin daxili işlərinə... Onların haqqları var ki, təhsil müəsissəsinin yaxınlığında əyləncə mərkəzlərinə, lotoreya məntəqələrinə, tütün məmulatları, spirtli içkilərin satışı ilə məşğul olan obyektlərə ərazidən kənarlaşmaq tələbi qoysunlar. Təbii ki, həmin məntəqələr biznes subyekti kimi fəaliyyət gösətə bilərlər, ancaq bu o demək deyil ki, onlar təhsil ocaqlarının ən yaxın məsafəsində yerləşdirilməlidir".

Bunu Pravda.az-a təhsil eksperti Kamran Əsədov universitetlərin yaxınlığında “poz, qazan” ani lotoreyalarının köşklərinin fəaliyyət göstərməsini şərh edərkən bildirib.

K.Əsədov qeyd edib ki, tələbələr kitabxanalardan daha çox universitetlərin qarşısında yerləşdirilən mərc oyunları məntəqələrində vaxt keçirirlər: "Birmənalı şəkildə qeyd edirəm ki, dövlət qurumları, yəni Təhsil Nazirliyi, universitetlər həmin obyektlərə qanunvericiliyin tələbindən olan çıxarışlarla yaxınlaşmalıdırlar ki, orada fəaliyyət göstərməsinlər. Əgər orada "Poz, qazan"ın yerini dəyişə bilmiriksə, onda belə çıxır ki, ən asanı universitetin yerini köçürməkdir? Ümumiyyətlə, bir müddət əvvəl müşahidə aparmışdım ki, mərc oyunları məntəqələrində olanların çoxu yeniyetmələr idi. Bu vəziyyətin hökm sürməsi şagirdlər arasında təhlükəli hallara gətirib çıxara bilər. Uşaqlar "Poz, qazan"da uduzurlar, sonra başlayırlar fiziki cəhətdən zəif olan sinif yoldaşlarına təzyiq göstərərək onlardan pul tələb etməyə. Yəni şagirdlər, tələbələr arasında belə halların olması görün necə nəticələr verə bilər?! Bundan əlavə, bu cür oyunlara aludəçilik yeniyetmələrin, gənc nəslin hər hansı bir xoşagəlməz məşğuliyyətə aludə olmağına da səbəb ola bilər. Bu məsələdə belə bir səbəb və nəticə əlaqəsini görə bilirik. Onu da əlavə etmək lazımdır ki, yetkinlik yaşına çatmayan şəxslərə, ümumiyyətlə, "Poz, qazan"ın satışı həyata keçirilməməlidir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar