Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əliyev və Paşinyan yenidən Brüsseldə gedirlər... - Bu görüşdən gözləntilər nə ola bilər?

Diqqət çəkən məsələlərdən biri də Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşma prosesində Qərblə Rusiya arasında rəqabətin artmasıdır...

Politoloq: “Brüssel görüşündə Ermənistanın münasibətlərin normallaşması ilə bağlı baxış bucağı və yaradılan komissiyanın iş qrafiki ilə bağlı yəqin ki, hansısa müzakirələr aparılacaq. O cümlədən Ermənistan müxalifətinin sülh prosesndə yaratmaq istədiyi “pat vəziyyəti” də müzakirə oluna bilər”.

“Bizim üçün əsas sülhün və sülh müqaviləsinin tez bir zamanda Ermənistanla əldə edilməsi, Zəngəzur dəhlizinin açılması və sərhədlərin delimitasiyası və demarkasiyasıdır. AzərbaycanErmənistanın münasibətlərinin normal məcraya yönəlməsi üçün bu üç əsas şərt reallaşmalıdır”.

Bu sözləri politoloq Zaur Məmmədov AzərbaycanErmənistan liderləri yenidən Brüsseldə görüşməsini PİA.az-a şərh edərkən qeyd edib.

Mayın 23-də AzərbaycanErmənistan liderləri yenidən Brüsseldə bir araya gələcəklər. Bu barəədə Ermənistan mənbələri xəbər verib. Qeyd edək ki, bundan əvvəl Rusiya AzərbaycanErmənistan liderlərinin Moskva görüşü ilə bağlı anons vermişdi.

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrel və Ermənsitanın xarici işlər naziri Ararat Mirzoyan da mayın 18-də Brüsseldə görüşdülər. Ararat Mirzoyan deyib ki, Yerevan Bakı ilə münasibətlərin normallaşdırılmasına tərəfdardır, lakin bunun üçün həm də qarşı tərəfin razılığı lazımdır.

Xatıqladaq ki, bir ay bundan əvvəl Brüsseldə AzərbaycanErmənistanın liderləri sülh müqaviləsinin imzalanmasına hazırlıq barədə razılığa gəlmişdilər. İlham Əliyev və Nikol Paşinyan habelə iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üçün müştərək komissiyanın yaradılmasına dair razılıq əldə etmişdilər. Ermənistanın xarici işlər naziri bu komissiyanın ilk iclasının bu həftə Mosvada keçiriləcəyini bildirmişdi. Lakin bu danışıqlar bu həftə baş tutmayıb. Litva prezidenti ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, erməni tərəfi iki dəfə görüşə gəlməkdən imtina ediblər.

Erməni tərəfinin Azərbaycana yolladığı 6-şərt isə Azərbaycan tərəfindən qəbul olunmayıb. Həmin şərtlər arasında Qarabağ ermənilərinin yekun statusunun müəyyənləşməsi nəzərdə tutulduğundan rəsmi Bakı bu şərtin müzakirəsini mümkünsüz hesab edir.

Diqqət çəkən məsələlərdən biri də Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşma prosesində Qərblə Rusiya arasında rəqabətin artmasıdır. Görünən odur ki, Rusiyanın AzərbaycanErmənistan liderlərini bir araya gətirmək planlarının olması Brüsseli yenidən hərəkətə keçirib. Ehtimal etmək olar ki, Rusiyanın iki liderin bundan əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə əldə etdiyi razılaşmaları öz monopoliyasına alamaq cəhdləri Brüsseli və bütövlükdə Qərb cəbhəsini narahat edir. Bu üzdən də AzərbaycanErmənistan liderlərinin yenidən Brüsseldə bir araya gəlmələri məqbul hesab olunub. Bir ay əvvəl Brüsseldə əldə olunan razılıqdan sonra Ermənistanda müxalifətin aktivləşməsi və intensiv küçə yürüşlərinə çıxması da Qərb cəbhəsində narahatlıq üçün əsas arqumentlərdən biri ola bilər. Çünki Ermənistan müxalifəti Rusiyanı dəstəklədiyini heç də gizlətmir və aksiyaların intensivləşməsi ilə bağlı təlimatın Moskvadan gəlməsi demək olar ki, şübhə doğurmur.

Bəs bundan əvvəlki Brüssel görüşlərində əldə olunan razılaşmaların Ermənistan tərəfindən yerinə yetirilməməsi fonunda növbəti Brüssel görüşünün hansı gözləntiləri var? Ümumiyyətlə isə Qarabağ münaqişəsi ilə bağlı Qərb və Rusiya arasında rəqabətin hiss olunacaq şəkildə artması fonunda liderlərin təmaslarının artması prosesə müsbət təsirlər göstərə biləcəkmi?

Liderlərin mayın 23-ə nəzərdə tutlan Brüssel görüşündən olan gözləntiləri PİA.az-ın əməkdaşı Bakı Politoloq Klubunun sədri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması Ermənistan müxalifəti üçün, bütövlükdə isə “erməni məsələsi” ideyasının daxildəki və xaricdəki müdafiəçiləri üçün məqbul deyil. Çünki Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması əslində “erməni məsələsi”nin ortadan qalxması deməkdir”.

Kəlbəcər istiqamətində son zamanlar atəş səslərinin tez-tez eşidilməsində Robert Köçəryana yaxın olan generalların və onlardan əmr alan müəyyən qüvvələrin maraqlı olduğunu ehtimal edən politoloq PİA.az-a bildirib ki, Ermənistan müxalifəti bu təxribatlar sonucunda Azərbaycan ordusunun Ermənistan ərazilərinə doğru irəliləməsinə və bundan da istifadə edərək Paşinyanı devirməyə nail olmağa çalışırlar:

“Əslində AzərbaycanErmənistan arasındakı danışıqlar prosesində ABŞRusiya arasında ciddi şəkildə rəqabətin gücləndiyinin şahidi olmaqdayıq. Hansı tərəfin danışıqlarda olmasından asılı olmayaraq Azərbaycan üçün əsas məsələ Ermənistanın öhdəlikləri yerinə yetirməsidir. Yəni bizim üçün əsas sülhün və sülh müqaviləsinin tez bir zamanda Ermənistanla əldə edilməsi, Zəngəzur dəhlizinin açılması və sərhədlərin delimitasiyası və demarkasiyasıdır. AzərbaycanErmənistanın münasibətlərinin normal məcraya yönəlməsi üçün bu üç əsas şərt reallaşmalıdır. Lakin bu şərtlər, ümumiyyətlə Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması Ermənistan müxalifəti üçün, bütövlükdə isə “erməni məsələsi” ideyasının daxildəki və xaricdəki müdafiəçiləri üçün məqbul deyil. Çünki Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması əslində “erməni məsələsi”nin ortadan qalxması deməkdir.

Bəziləri hesab edirlər ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanmaqla öz tarixi torpaqlarından imtina edir. Amma mən deməzdim ki, bu proses Azərbaycanın əleyhinədir. Əksinə bir çox məqamda bu, gələcəkdə Azərbaycanı daha da əminliklə öz tarixi torpaqlarına sahib olamaq üçün hədəflərinə çatmasına gətirib çıxaracaq.

Mayın 23-də gözlənilən yeni Brüssel görüşünə gəlincə isə mən bu görüşdən hansısa böyük nəticələr gözləmirəm. Eyni zamanda iki liderin yenidən Brüsseldə bir araya gəlməsi olduqca vacibdir. Çünki Bakı və İrəvan arasında birbaşa dialoq Brüssel vasitəsilə həyata keçirilir. Bu görüş həmçinin təxribatlardan qaçmaq və yeni atmosferdə yola davam etmək baxımından vacib bir görüşdür. Düşünürəm ki, Brüssel görüşündə Ermənistanın münasibətlərin normallaşması ilə bağlı baxış bucağı və yaradılan komissiyanın iş qrafiki ilə bağlı yəqin ki, hansısa müzakirələr aparılacaq. O cümlədən Ermənistan müxalifətinin sülh prosesndə yaratmaq istədiyi “pat vəziyyəti” də müzakirə oluna bilər.

Zaur Məmmədov: “Proses bir qədər də ləngidilsə və təxribatlar artsa, ermənilər yeni fəlakətlə üz-üzə gələcəklər və bu qaçınılmaz ola bilər”.

Hələ də sərhədlərdə Ermənistan tərəfinin təxribatları nəticəsində atəş səsləri eşidilir. Buna görə də tez bir zamanda sülhün əldə edilməsini və müəyyən nəticələrə çatmasını demək olmaz. Bəlli məsələdir ki, bu tip məsələlər heç də 3-5 gün ərzində həll edilmir. Amma indiki danışıqlar gələcək üçün çox böyük imkan yarada bilər. Hazırkı məqamda AzərbaycanErmənistan üçün, bütövlükdə Cənubi Qafqaz üçün önəmli olah sülhə nail olmaq üçün səyləri birləşdirmək və bu səyəri artırmaqdır. Ermənistan cəmiyyəti bunu başa düşməlidir. Münaqişənin nizamlanmasının əngəllənməsində iştirak edən bütün qüvvələrə sərt mövqelərini nümayiş etdirməlidir. Çünki proses bir qədər də ləngidilsə və təxribatlar artsa, ermənilər yeni fəlakətlə üz-üzə gələcəklər və bu qaçınılmaz ola bilər.

Nikol Paşinyan da Ali Baş Komandan kimi cavab verməlidir ki, niyə Kəlbəcər istiqamətində bir həftə ərzində bir neçə dəfə silah səsləri eşidildi. Əgər Paşinyan vəziyyəti nəzarətdə saxlaya bilmirsə, bu zaman bunu etiraf etməlidir və günahkarların adlarını bir-bir çəkməlidir.

Ehtimal edirəm ki, Kəlbəcər istiqamətində son zamanlar atəş səslərinin tez-tez eşidilməsində Robert Köçəryana yaxın olan generallar və onlardan əmr alan müəyyən qüvvələr maraqlıdırlar. Ermənistan müxalifəti bu təxribatlar sonucunda Azərbaycan ordusunun Ermənistan ərazilərinə doğru irəliləməsinə və bundan da istifadə edərək Paşinyanı devirməyə nail olmağa çalışırlar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar