Cümə axşamı, 30 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Patı” məsələsini qabardanda üstümüzə gəlirlər – Deputatdan məmurlara sərt ittihamlar

“Narkomaniya və narkotik vasitələrin yayılmasına qarşı cəmiyyətdə səfərbərlik elan etməliyik. “Patı”nın məktəblilər arasında yayılması təhlükəlidir”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili son günlərdə Masazır məktəblərindən birində şagirdlərə “patı” verilməsi ilə bağlı iddiaların ciddi şəkildə araşdırılmalı olduğunu qeyd edib:

“Bu əməldə günahı olan şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Narkotik xaricdən məqsədyönlü şəkildə Azərbaycan auditoriyasına yayılır. Qarşısını almaq üçün buna strateji təhlükəsizlik problemi kimi yanaşmalıyıq.

Məktəblər indi nəzarətdən kənar yerlərə çevrilib və məktəbə münasibətdə müsbət mənada heç bir dəyişiklik əldə olunmayıb. Amma uşaqların təhlükəsizliyini qorumaq baxımından müəyyən addımlar atmaq imkanlarımız var.

Azərbaycanda hansısa sahəyə təklif vermək, yaxud fikir söyləməyin bir mənası yoxdur. Çünki hər bir sahəyə bostan kimi baxılır. Yəni məni bura qoyublarsa, heç kimin fikri mənim üçün maraqlı deyil. Ona görə də biz bu istiqamətdə passiv rol almalı oluruq. Mədəniyyət, təhsil kimi sahələrə fikir bildirməyə maraqlı görünmürük.

Narkomaniya ilə mübarizədə də hansısa bir təklif irəli sürürük, onu dəyərləndirmək, müzakirə etmək əvəzinə, əksinə üzərimizə gəlinir ki, bu məsələni niyə qabardırıq. Sanki bu məsələləri biz qabartmasaq, ört-basdır olub gedəcək.

Narkomaniya ilə mübarizədə belə doğru yanaşma müşahidə etmirəm. Milli Məclisdə narkomaniya, mədəniyyət, təhsil və başqa problemlər qaldırılsa da, həmin qurumların rəhbərlərindən hansısa məsələni qaydaya salmaq istiqamətində təkliflər görməmişik. Bu da o deməkdir ki, problemlər heç kimin vecinə deyil. Hərə öz sahəsinə bostan kimi baxır”.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Deputat: Bağçalar Xəyalə Əhmədzadənin monopoliyasındadır- "kəsdiyi başa zaval yoxdur"

Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib - Yenilənib

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - Yenilənib

Əmək pensiyaları ilə bağlı qanunda nələr dəyişib? - Detalları açıqlandı

“Azərsun” duru yağların qiymətini artırdı... - Monopolist istehsalçının bunun üçün zəruri səbəbləri var?

Gənclər və İdman İdarəsinin rəisi saxlanıldı - İcra başçısının müavininin qohumudur

Ərdoğanla ABŞ Prezidenti arasında görüş başa çatıb - Yenilənib

Əmək pensiyalarına dəyişikliyin detalları açıqlanıb

Əli Həsənovun əlindən alınan əmlakı bu quruma verildi

Türkiyənin şərtləri qəbul edildi - Ankara da bu iki ölkəyə NATO yolunu açdı

Ən çox oxunanalar