Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankara İsveçin NATO-ya daxil olması üçün şərtlərini açıqlayıb

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Şöbəsinin rəhbəri Fahrettin Altun İsveçin “Expressen” qəzetində dərc olunan məqaləsində qeyd edib ki, Türkiyənin haqlı narahatlıqları aradan qaldırılmayana qədər İsveç NATO-ya üzv ola bilməyəcək.

“Türkiyə kimi terrorun hədəfində olan ölkələr ikili standartları aradan qaldırmaq üçün var gücü ilə çalışırlar. Bunu nəzərə alsaq, İsveçin öz mövqeyinə yenidən baxmadan NATO-ya üzv olmaq cəhdinə müşahidəçi qalmaq Türkiyə üçün qəbuledilməzdir. Türkiyədə günahsız insanlara qarşı cinayətlərdə iştirak etmələrinə baxmayaraq, İsveçdə siyasi sığınacaq tapan şəxslərlə mübarizə, bizim nöqteyi-nəzərimizdən, ittifaqın ayrılmaz şərtidir”, - Altun məqaləsində yazıb.

O, əmin olduğunu bildirib ki, Türkiyə hökuməti Stortorgetdəki hücuma görə məsuliyyət daşıyan terror təşkilatına sığınacaq versə, İsveç xalqı bu gün türklərin yaşadığı hissləri yaşayacaq.

“Şübhəsiz ki, İsveçin belə bir terror təhlükəsi ilə təhdid edilməməsinə şadıq. Lakin mən çox açıq şəkildə bildirmək istəyirəm ki, İsveç Türkiyənin haqlı narahatlıqları həll olunmayana qədər NATO-ya üzv ola bilməyəcək. Əgər İsveç NATO-nun ikinci ən böyük ordusununun hücum anında ölkənin müdafiəsinə qalxacağını gözləyirsə, bu faktı qəbul etməlidir”, - məqalədə bildirilib. (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar