Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: “Terrorçuları bizə verməyəcəksiniz, ancaq bizdən NATO üzvlüyü istəyəcəksiniz?”

NATO müxtəlif axtarışlar içindədir. Bəzi addımlar da atılır. Ukrayna böhranının ardından regionda nümayiş etdirilən həmrəylik və əməkdaşlıq, səfərbər edilən resursları bir az gözlərimiz dolaraq, bir az da təbəssümlə izləyirik deyə bilərik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz illərdir yaxınlığında böyük münaqişələr yaşanmış NATO müttəfiqi kimi bu cür mənzərə ilə heç vaxt qarşılaşmamışıq. Müttəfiqlərimizdən yeganə gözləntimiz Türkiyənin də sərhədlərini qorumaq səylərinə eyni şəkildə yanaşmalarıdır. Müttəfiqlərimizdən həssaslığımızı anlamalarını, mümkündürsə, dəstək vermələrini gözləyirik. Bizim terror qruplarının hücumlarına qarşı sərhədlərimizi qorumaq həssaslığımız var.

PKK və İŞİD sərhədlərimizə yaxınlaşdığı dövrdə ölkəmizdəki hava hücumundan müdafiə sistemlərinin sökülüb aparıldığı günləri də unutmadıq. Şərtlər nə olur-olsun, biz ortaq tarix və mədəniyyət mirası ilə bağlı olduğumuz insanlardan üz çevirə bilmərik. Ancaq bu qarşımıza gələn hər təklifə sorğu-sualsız “hə” deyəcəyimiz anlamına da gəlmir. Həm PKK-YPG-yə istənilən dəstəyi verib, həm də NATO üzvlüyü üçün dəstək istəmək tutarsızlıqdır.

İsveçdə ən son edilənləri unutmadıq, 30 terrorçunu istədik, “verə bilmərik” dedilər. Siz terrorçuları bizə verməyəcəksiniz, ancaq bizdən NATO üzvlüyü istəyəcəksiniz? NATO bir təhlükəsizlik təşkilatıdır. Bu təhlükəsizlik təşkilatını təhlükəsizlikdən məhrum etməyə biz “hə” deməyəcəyik. Bu səhv bir dəfə Yunanıstanla edildi. Müsəlman bir dəfə sancıldığı yerdən bir daha sancılmaz. İsveçdə hələ də yürüş edirlər. Bez parçaları ilə oradadırlar. Türkiyə artıq bu məsələyə onların baxdığı kimi baxmayacaq. Gəlin Türkiyənin haqlı əməliyyatlarına dəstək verin, ən azından, badalaq verməyin”, - deyə Türkiyə lideri bildirib. (Haber Global)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar