Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Donbasdakı qoşunlara şəxsən komandanlıq edir - Foto

Xarici media növbəti dəfə Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi əməliyyatla bağlı məxfi məlumat yayıb.

"Unikal" xəbər verir ki, “The Guardian” Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Donbasdakı rus qoşunlarına şəxsən rəhbərlik etdiyini, operativ və taktiki qərarlar qəbul etdiyini yazıb.

Hərbi mənbələrə əsasən nəşr V. Putinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla “yaxından əməkdaşlıq etdiyini” bildirib.

İnsayderlərdən biri təsdiqləyib ki, Putin və Gerasimov adətən “polkovnik və ya briqada generalından” gözlənilən qərarlar verirlər.

Bununla yanaşı, jurnalistlər qeyd edirlər ki, adətən ölkələrin prezidentləri operativ qərarların hazırlanmasında iştirak etmirlər. Onlar siyasi strategiyanı müəyyənləşdirirlər və gündəlik işlərlə məşğul olmurlar.

Ekspertlərdən biri, Britaniya ordusunun keçmiş briqada generalı Ben Barri Vladimir Putinin hərbi qərarlarla məşğul olduğuna inanmır və onun görməli olduğu daha vacib işlərin olduğunu deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar