Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İƏT PA-ya sədrlik Pakistandan Azərbaycana keçib - Yenilənib

Mayın 17-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi konfransı çərçivəsində qurumun İcraiyyə Şurasının iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, iclası açan İƏT PA-nın və Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf tədbirə ev sahibliyi edən Azərbaycan tərəfinə təşəkkür edib, iclasa qatılan parlament nümayəndə heyətlərinin rəhbərlərini və iştirakçıları salamlayıb.

İclasda Azərbaycanla yanaşı Türkiyə, Pakistan, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndə heyətləri iştirak ediblər. İƏT PA sədri təşkilatın tarixindən danışaraq, indiyədək görülmüş işləri, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib, əvvəlki Ümumi Konfranslarda müzakirə edilmiş məsələlərin əhəmiyyətini qeyd edib.

Sonra Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf İƏT PA-ya sədrliyi Milli Məclisin sədri Sahibə Qafarovaya təhvil verib.

Tədbir iştirakçılarını salamlayan Sahibə Qafarova qurumun ötən dövrdəki səmərəli fəaliyyətinə görə Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfə təşəkkürünü bildirib. Milli Məclisin sədri konfransın işinin məhsuldar olacağına əminliyini ifadə edib. Gündəlik təsdiq olunduqdan sonra iclasda İƏT PA-nın İkinci Ümumi Konfransının Hesabatı, Üçüncü Ümumi Konfransın proqramı və gündəliyi təsdiqlənib, bir sıra təşkilati məsələlərə baxılıb.

İclasda İƏT PA-nın sədr müavini seçilib, növbəti konfransın keçirilmə yeri və vaxtı barədə razılığa gəlinib.

Sonra spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, sabah konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri Azərbaycanın mədəniyyət paytaxtı və Türk Dünyasının 2023-cü il üzrə Mədəniyyət Paytaxtı Şuşa şəhərinə səfər edəcək, qısa müddətdə salınmış Zəfər yolu və Şuşa şəhərində aparılmış tikinti-quruculuq işləri ilə yaxından tanış olacaqlar.

Bununla da İƏT PA-nın İcraiyyə Şurasının iclası başa çatıb.

***

Azərbaycan parlamenti təşkilata sədrliyi dövründə öz səylərini göstərəcək. İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏT PA) sədrlik Pakistandan Azərbaycana keçib”.

Bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, pandemiya ilə mübarizə və onun nətciələrinin aradan qaldırılması üçün səylərin göstərilməsi vacib idi:

Azərbaycan pandemiyadan ən çox zərər çəkən ölkələrə yardım göstərib. İndi biz növbəti addımlara hazır olmalıyıq”.

Qeyd edək ki, tədbirdə İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar