Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Bayramov: “Avropa pulu dəyər itirməkdə davam edir”

Avropa pulu dollara və digər əksər səbət valyutalara nisbətən dəyər itirməkdə davam edir. Rusiya-Ukrayna müharibəsi başlanan gün dollara nisbətən 1,13 məzənnəsi ilə dəyişdirilən avro artıq 1,04 kursunadək ucuzlaşıb. Bu, avronun müharibə başladıqdan sonra 14 faiz dəyərsizləşməsi deməkdir”.

Bu sözləri deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvü Vüqar Bayramov bildirib:

“Avronun ucuzlaşması daha çox sanksiyaların qarşılıqlı olaraq Avropa iqtisadiyyatına təsirləri ilə bağlı olsa da dolların qlobal valyuta bazarında möhkəmlənməsi də əsas faktorlarındadır. Bir tərəfdən enerji məhsullarının qiymətlərindəki artım real sektora təsirsiz ötüşmür. Digər tərəfdən, Avropa qitəsində davam edən müharibə ittifaq ölkələrinin iqtisadi artım faizlərini azaldıb.

Bu ilin ilk 4 ayında Avropa İttifaqında enerji məhsullarının qiymətində 38 faiz artım qeydə alınıb.

Ötən ay isə Avropa İttifaqında son 30 ilin ən yüksək inflyasiyası qeydə alınıb. İstehlak bazarında ümumi qiymət artımı 7,5 faizə yüksəlib. 2022-сi il üçün 3,7 faiz artım proqnozlaşdırılan avrozonada ÜDM bu ilin birinci rübündə cüzi artıb. Bütövlükdə, müharibə uzanarsa, 2022-ci ildə iqtisadi artımın hətta 2 faizdən az olacağı gözlənilir.

Müharibə uzandıqca avronun ucuzlaşması davam edəcək. Hələlik Avropa Mərkəzi Bankı avronun məzənnəsinə təsir edəcək addımlar atmaqda israrlı görünmür. Bu isə o deməkdir ki, hələlik avronun əvvəlki mövqelərinə qayıtması mövcud şərtlər daxilində real görünmür. Müharibənin ən çox neqativ iqtisadi təsir etdiyi qitə isə sözsüz avronun işləndiyi Avropa olaraq qalmaqdadır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar