Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev: "Poz, qazan" və "misli.az" kimindirsə, böyük pullar qazanırlar"

"Ölkədə qumarı təbliğ etmək Azərbaycan xalqını müəyyən ciddi məsələlərdən kənarda saxlamaq üçün olan ideoloji bir məsələdir. Dövlətçiliyi sevən, milli qürur, milli dəyərlərə dəyər verən insan kimi bu kimi məsələləri qəbul etmirəm və onların təbliğ olunmasına çox pis baxıram. Qumardansa, milli birliyi, milli barışığı, Qarabağa "Böyük Qayıdış"ı təbliğ etsinlər".

Bunu Pravda.az-a son vaxtlar “poz, qazan” lotoreyasının, “misli.az” kimi mərc oyunların cəmiyyətdə təbliği məsələsini şərh edən Müasir Müsavat Partiyasının sədri Hafiz Haciyev deyib.

"Bu oyunlar kimindirsə, görünür, onlar böyük pullar qazanırlar bundan, üstəlik də televiziyalara, saytlara da bununla bağlı pul ayırırlar ki, onları təbliğ etsinlər. Ümumiyyətlə, belə işlər bizlik deyil. Ölkənin gələcəkdə idarə edilməsi üçün ortaya mövqe qoyan bir partiya olaraq bu kimi işlərə çox pis baxırıq. Bunun qarşısı almaq üçün də həmişə rayon, şəhər təşkilatları ilə olan müşavirələrdə, idarə heyətinin iclaslarında mübarizə aparmağı təşviq edirik. Ümumiyyətlə, kimlərinsə varlanmasını təbliğ etmək olmaz" - H.Hacıyev qeyd edib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar