Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Britaniya dünyanı yenidən necə qurmaq istəyir?

Böyük Britaniya liderləri əmindirlər ki, uzun müddətdir ki, öz keçmişindən və sərvətindən utananan Qərb yenidən dünya liderinə çevrilməlidir və bunun üçün də NATO, öz missiyasını genişləndirməli, Böyük Yeddilik “iqtisadi silah”a çevrilməlidir...

Tom McTague
“The Atlantic”, ABŞ, 10 may 2022-ci il

Öz müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, onun ölkəsi NATO-nun səlahiyyətləri genişlənməsini və Böyük Yeddiliyin mövqeləri güclənməlisini istəyir.

Rusiya prezidenti Vladimir Putinin güclərinin Ukraynada müharibə başlatdıqdan sonra məlum oldu ki, Moskva Avropanın ən kasıb ölkəsinə qalib gələ bilmir. Çin isə öz növbəsində COVID-19-la mübarizə adı altında öz sərhədlərini bağlayaraq gözləmə mövqeyi nümayiş etdirməkdədir. Bütün bu hadisələrin fonunda isə Qərbin qacınılmaz iflası barədə iddialar sual altına düşüb və bu iddia heç də özünü doğrultmur. Hər bir halda azad dünya uzun yuxulamadan sonra yenidən aktiv həyata dönmək və öz dəyərlərini müdafiə eləmək işartılarını verməyə başlayıb.

Böyük Britaniya liderlərinin fikrincə ABŞ və onun müttəfiqləri bu günlü qlobal siyasəti xarakterizə edən qanlı xaosdan və qarışıqlıqdan lazımı mesaj almalı və nəticə çıxarmalıdır. Bundan başqa Böyük Britaniya hesab edir ki, Qərb öz tələblərini artırmalıdır. Moskva və Pekini qaydalara görə oyuna dəvət etməyin isə heç bir əhəmiyyəti yoxdur. Çünki onlar oyun qaydalarına əməl etməyəcəklər. BMT-nin və Dünya Ticarət Təşkilatının öz missiyasını yerinə yetirməsi ilə bağlı nağılları da unutmaq lazımdır, çünki təməl beynəlxalq qaydalara riayət olunmasını təmin edəcək bu iki təçkilat öz missiyasının öhdəsindən gələ bilmir. Ən əsası demokratiyanın təbii yolla inkişaf edəcəyi ilə bağlı utopiyaları unudun – bu yanlış təxmindir.

Böyük Britaniyanın liderləri əmindirlər ki, uzun müddətdir öz keçmişindən və sərvətindən utananan Qərb yenidən dünya liderinə çevrilməlidir və bunun üçün də NATO, öz missiyasını genişləndirməli, Böyük Yeddilik iqtisadi silaha çevrilməlidir. Qərb yenidən özünə inanmalı və lazım olduğu kimi davranmalıdır.

Bütün bu gözlənilməz mesajlar, son zamanlar digər Qərb ölkələrindən daha çox paralic olan və və öz daxili çəkişmələri və fikir ayrılıqları içində içində çarpışan və strateji sarsılma yaşayan, öz gücünə bir o qədər də inanmayan ölkədən verilir. Görünür ki, Ukrayna böhranı Londonun yeni enerji ilə qidalanmasına yol açıb və bu iddialı dəyişmə Moskvanın və Kiyevin də diqqətindən yayınmır. Moskvada Londonun bu döyüş coşqusu qəzəb doğursa da, Kiyevdə təbii olaraq alqışlanmaqdadır.

Moskvada hazırda Böyük Britaniyanı özlərinin Qərbdəki əsas maneələrdən biri olaraq görürlər. Onlara görə Britaniya qətiyyətlə Rusiyanın fövqəldövlət olaraq yenidən “doğulmasına” qarşı çıxır və bunun üçün bütün imkanlarını səfərbər ediblər. Rusiya dövlət televiziyası nüvə silahı vasitəsi ilə bütün Birləşmiş Krallığı məhv edən kliplər nümayiş etdirir və britaniyalıları qorxuya salmağa çalışırlar. Rusiya analitikləri qəzəb və nifrətlə Londonu ikibaşlı anqlo-amerikan əjdahasının Vaşinqtondan da qorxunc başlarından biri kimi dəyərləndirirlər. Bu zaman da təbliğatçılar Britaniya hökümətinin iki əsas “şahinin” – Baş nazir Consonun və xarici işlər naziri Liz Trassın şəkillərini nümayiş etdirilər.

Tras xarici işlər naziri potfelini alana qədər Britaniya mətbuatı tez-tez onu özünü reklama çox aludə olduğuna görə lağa qoyurdu. Onu həmçinin tez-tea tərəf dəyişdirməkdə günahlandırır. Çünki Breksit prosesində Trass qətiyyətlə Britaniyanın Avropa Birliyində qalmasının tərəfdarı olaraq çıxış edirdi. İndi isə Trass qətiyyətlə Putinin Ukraynaya qarşı açdığı müharibəyə görə cəzalandırılmasını çılğın Conson qədər tələb edir. Trass aktiv şəkildə mənə müsahibəsində təsvir elədiyi dünya nizamının bərpa olunması üçün çalışır və ona görə bu ən doğru yoldur.

Trassın əsas fikirləri ondan ibarətdir ki, “soyuq müharibə”dən sonra mənəvi böhran keçirən Qərb həddindən artıq rahatlayıb və uğrunda mübarizə apardığı idealları və bu idealları reallaşdırmaq üçün mübarizəni unudub. Qərbin düşmənləri isə onun açıq cəmiyyətindən və və demokratik institutlarından yararlanmağa çalışıb. Trass hesab edir ki, Qərbin artıq öz rəqiblərinə layiqli cavab verməsi gərəkir. Bunun üçünsə Böyük Yedilik öz üzvlərini Çinin iqtisadi zorakılığından müdafiə edə bilmək üçün “iqtisadi NATO” halına gətirilməlidir. O həmçinin NATO-nun səlahiyyətlərinin artırılmasını vacib hesab edir. Çünki ancaq daha geniş səlahiyyətli NATO Avropanı Çinin Moskva ilə alyansı qarşısında müdafiə edə bllər və bu olmadan Avropanın təhlükəsizliyindən danışmağa dəyməz.

“Əminliklə demək oalr ki, BMTÜTT Çin və Rusiyanın bu davranışalrın qarşısını almaq üçün səylərini ortaya qoymayıblar”, deyə Trass müsahibəsində bildirib. “Məhz buna görə biz qarşıya qorulam məqsədlərə nail ola bilmək üçün NATO və Böyük Yediliyi və bu qrupların əməkdaşlıq sahələrini möhkəmləndirməliyik”.

Paris, Berlin və Vaşinqtonda oturan bir çox məmurlar üçün Böyük Britaniyanın idayaları heç də yeni deyil. Onlara görə bu əslində Birləşmiş Krallığın nüfuz dairəsini müdafiə eləməyin dəyişən formasıdır.

Avropa Birliyindən çıxmaqla Böyük Britaniya beynəlxalq təşkilatların öhdəliklərindən daha çox azad oldu. Buna baxmayarq London hələ də NATO, Böyük Yeddilik kimi təşkilatlarda üzvlüyünü davam etdirir. Özü-özlüyündə Fransa da hesab edir ki, Ukrayna böhranın verdiyi əsl dərs Avropa Birliyinin ABŞ-dan asılılığını maksimum şəkildə azaltmaq gərəkdiyini ortaya qoymaqdadır. Parisdə hesab edirlər ki, bu, həm də ABŞ-ı digər məsiliyyətlərdən azad edər və Vaşinqtonun daha çox Çinlə rəqabətə köklənməsinə yol açar.

Həmçinin Trass əmindir ki, 2014-cü ildə Krımın ilhaqından sonra Fransa və Almaniyanın BritaniyaABŞ-ı diplomatik səylərdən kanrlaşdırıb separatşıları dəstəkləyən Rusiya ilə necə deyərlər, “Minsk sazişi” imzalamaları fəlakətə qapı açdı. Trass hesab edir ki, London və Vaşinqtonu əvvəlcədən prosesə qoşsaydılar indi vəziyyət çox fərqli olardı. “Biz mütləq orda olmalıydıq. Birləşmiş Krallıq NATO-nun ehtiyaclarını hər hansı bir Avropa ölkəsindən daha çox qarşılayır. ABŞ isə NATO-nun əsas güc mərkəzidir. Birləşmiş Krallıq və Birləşmiş Ştatlar Minsk prosesindin başından iştirakçı olmalıydı və biz bir daha belə bir səhv buraxmayacağıq”, deyə Trass bildirdi. Britaniyanın xarici işlər naziri həm də bu sözləri ilə London və Vaşinqtonun ikili liderliyinin vacibliyi ilə bağlı da gizli mesaj ötürürdü.

Əlbəttə ki, belə sərt ritorika Britaniyanın Rusiyaya qarşı döyüşcül çağırışlarını münqaişənin başından tənqid edən Parisdə və Berlində heç də sevinclə qarşılanmayacaq.

Söhbət etdiyim bir neçə diplomat və məmurun fikrincə Britaniyanın mövqeyi atəşkəs əldə olunması üçün səyləri çətinləşdirir və sülhün qiyməti ukraynalıların qanı hesabına daha da yüksəldilir. Onlara görə Britaniyabununla Breksitdən sonra öz nüfuzunu bərpa etməyə çalışır. Hətta Britaniya hökümətinin məmurları da həyacan təbili çalaraq hesab edirlər ki, Trassın bu coşqun döyüşcüllüyü seçkilər ərəfəsində öz mövqelərini möhkəmləndirməyə hesablanıb. Bu seçkilərdən sonra xanım Liz Consonu əvəz edə bilər. Bna baxmayaraq Britaniya məmurları hesab edirlər ki, Fransa və Almaniyanın fəaliyyətsizliyi müdruklüklə maskalanan zəiflikdən başqa bir şey deyil.

Ancaq keç kim deyə bilməz ki, Rusiyanın başlatdığı müharibəyə münasibətdə Qərbin mövqeyi başqa bir istiqamətə deyil, məhz Britaniyanın mövqeyinə doğru dəyişib. Putinə böhrandan çıxmaq üçün üsullar axtarmaqda kömək eləmək əvəzinə, Trass da Conson kimi bildirir ki, “Rusiya lideri məğlub olmalıdır və onun məğlub olduğunu hər kəs görməlidir”. Trassın sözlərinə görə Putin “bütün Avropa qitəsinə, o cümlədən Birləşmiş Krallığa təhlükə olacaq Böyük Rusiya yratmağa çalışır”. Buna görə də Britaniya ukraynalılara suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün kömək etməkdə maraqlıdır. Ukraynanın gələcəkdə təminatlı müdafiəsinin olmasından əminlik olmalıdır. Buna görə də Britaniya Rusiyanın hərəkətlərinin qarşısını almağa çalışır və məhz bu sahədə “soyuq müharibə”dən sonra Qərb uğursuzluq yaşmaqdadır.

Trass təkcə fransızları və almanları tənqid etmir. Həmçinin dolayı yolla yüz illiyin başından bəri ciddi səhvlərə yol verən Qərb liderlərinin yürütdüyü siyasəti tənqid edir. Ona görə Bill Klintonun zamanında Çinin Ümumdünya Ticarət Təşkilatına daxil olmasına izn vermək, Barak Obamanın zamanında Krımın ilhaqına layiqli cavab verməmək yallış siyasətlər olub. Trassın nğzteyi-nəzərincə bu zəiflik ona gətirib çıxardı ki, 2022-ci ildə artıq Rusiya Vaşinqtonun, Londonun, Parisin və Berlinin xəbərdarlıqlarını ciddiyə almamağa başladı: “2014-cü ildə Qərbin fəaliyyətsizliyini görən Putin belə nəticə çıxardı ki, biz daha əvvəl elədiklərimizi, daha doğrusu eləmədiklərimizi erməkdə davam edəcəyik. Buna görə də ruslar bizim xəbərdalıqlarımızı ciddi qəbul etmədilər”.

Böyük Britaniyanın mövqeyi onunla nəticələnir ki, Qərb ğzünə qarşı ciddi yanaşmadığına görə Rusiya və Çin də Qərbə qarşı ciddi yanaşmırlar.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Ən çox oxunanalar