Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibə mədəniyyət sahəsinə də keçib: Qərbdə Rusiya, Rusiyada Qərb əleyhinə sərgilər açılır

Rusiya-Ukrayna müharibəsinin yaratdığı dərin böhran mədəniyyət sahəsində də əks-səda verir.

Reyting.az-ın məlumatına görə, Almaniya İkinci dünya müharibəsi zamanı nasistlərin Sovet İttifaqına təslim olduğu binada yerləşən Alman-Rusiya Muzeyinin adından “Rusiya” sözünü çıxarmaq qərarı verib.

Böyük Britaniyanın aparıcı qəzetlərindən olan “Guardian”ın xəbərinə görə, Berlinin şərqindəki Karlşorst muzeyinin direktoru Jörg Morre deyib ki, bu sahədə belə bir dönüş olub və bunu işğalın ilk günündə etməliydik.

Morre deyib ki, bundan sonra muzeyin adı Berlin-Karlşorst olacaq.

Xatırladaq ki, muzeyin yerləşdiyi bina İkinci dünya müharibəsi zamanı faşist Almaniyasının silahlı qüvvələri (Vehrmaxt) üçün baza kimi istifadə edilib. Vehrmaxt 1945-ci il mayın 8-9-da Sovet İttifaqının “Qırmızı Ordu” generalları, ABŞ, Böyük Britaniya və Fransa nümayəndələri ilə bu binada görüşərək təslimolma müqaviləsini imzalayıb.

Bina 30 il əvvəl rus və alman tarixçiləri tərəfindən hər iki ölkənin maliyyə dəstəyi ilə muzeyə çevrilib. Alman-Sovet münasibətlərinin tarixinə həsr olunmuş muzey 1995-ci ildə ictimaiyyət üçün açılıb. Muzeydəki sərgilərə Almaniya və Rusiya, həmçinin Belarus və Ukrayna tarixçiləri öz töhfələrini veriblər.

Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də verdiyi hərbi əməliyyat əmri ilə başlayan müharibənin ilk günündə Morre muzeyin qarşısından asılan 4 dövlətin bayrağından 3-nü endirərək yalnız Ukrayna bayrağının qalmasına icazə verib.

Digər tərəfdən, bu arada Rusiyanın paytaxtı Moskvada keçirilən anti-NATO sərgisi böyük marağa səbəb olub. Aprelin əvvəlində Müasir Rusiya Tarixi Muzeyində açılan “NATO: təqib tarixi” adlı sərgidə 1999-cu ildə NATO-nun Yuqoslaviya Federativ Respublikasını bombalaması, eləcə də ABŞ-ın İraq və Əfqanıstandakı müharibəsi haqqında çertyojlar və məlumatlar yer alıb.

NATO 1949-cu ildə qurulsa da, ayrı-ayrı sərgidə ABŞ-ın İkinci dünya müharibəsi zamanı Yaponiyaya - Xirosima və Naqasakiyə atdığı atom bombaları haqqında rəsmlər və məlumatlar da var.

Muzeyin baş elmi işçisi Fyodor Kokin NATO-nun Rusiya-Ukrayna müharibəsində mühüm rol oynadığını bildirib. Kokin sərginin bir neçə həftə ərzində hazırlandığını və indiyədək 14 min insanın iştirak etdiyini diqqətə çatdırıb. Araşdırmaçı, xüsusilə Rusiyanın İkinci dünya müharibəsində qazandığı qələbəni xatırlayaraq, hər il təşkil etdiyi 9 May - Qələbə Günü öncəsi iştirakın sıx olduğunu deyib.

Sərgidə həmçinin müharibə zamanı Ukrayna ordusuna bağlı radikal sağçı “Azov” batalyonu əsgərinin başından asdığı Amerika bayrağı və üzərində “SS” simvolu olan dəbilqə də nümayiş etdirilir (SS - nasist Almaniyasındakı mühüm hərbiləşdirilmiş birləşmələrdən biri olub).

Kokin qeyd edib ki, sərgidə Böyük Britaniyada istehsal olunan və Ukrayna hərbçiləri tərəfindən istifadə edilən tank əleyhinə detonator da nümayiş etdirilir.

Kitabxanaçılıqdan dərs deyən, tələbələrini sərgiyə gətirən və soyadını açıqlamayan Aleksandra isə bu sərginin tələsik təşkil edildiyini və vaxt itkisi olduğunu bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar