Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yenilik: Məzarlara baxım xidməti neçə manatdan başlayır? - Foto

Azərbaycanda məzarlara baxım xidməti fəaliyyətə başlayıb. Ölkədə ilk olan bu xidmət özəl sektora aiddir.

Məzarlara baxım, qulluq kimi xidmətlər təklif edən müəssisənin qəbiristanlıqlara bu şəkildə müdaxiləsinin qanuni olub-olmadığı müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəbiristanlıqlara nəzarət bələdiyyələrin səlahiyyətindədir:

“Qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Burada qeyd edilən səlahiyyət bölgüsünə əsasən, bu sahə bələdiyyələrə aiddir”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə isə qeyd edib ki, qanunla qəbiristanlıqlara nəzarəti bələdiyyələr həyata keçirir. Deputatın sözlərinə görə, burada hər hansı fəaliyyət yalnız bələdiyyələrə aiddir:

“Qanun çərçivəsində şirkət öz fəaliyyətini göstərə bilər, qadağan olunmayan məsələləri təmin edə bilər. Xaricdə yaşayan və ya uzaqda olan şəxslər sevdiklərinin qəbirlərinə baxım üçün özəl şirkətə müraciət edə bilərlər.

Bu xidməti təklif edən müəssisə müvafiq olaraq, vergi və ödənişlərini etməli, həmçinin qəbiristanlıqlara nəzarət edən qurumdan icazə alaraq fəaliyyətini qurmalıdır. Bununla da problem yaradacaq məsələ olmaz”.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar