Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın hədəfində gələcəkdə Türkiyə və Azərbaycanın işgalı da var

Azərbaycanda Rusiyanın Ukraynadakı işgalçılıq siyasətinə haqq qazandıranlara məsləhət görürəm ki,V.Putinin “agıl xocası”Avrasiya ideologiyasının carçısı,neofaşist Aleksandr Duqinin 1997-ci ildə yazdıgı “Geopolitikanın əsasları:Rusiyanın geopolitik gələcəyi”kitabını oxusunlar.

Mən hazırda bu kitabı oxuyuram və qısa olaraq Azərbaycandakı Rusiyanın 5-ci kolon mənsublarına bəzi detalları açıqlayıram.

Deməli,A.Duqin kitabın 352-ci səhifəsində yazır ki, Ermənistan Cənubi Qafqazda “xüsusi geopolitik”rol oyanır və bu ölkə Rusiyanın regionda ən sadiq və etibarlı müttəfiqidir. Duqinə görə,Türkiyənin şimala və şərqə aqresiyasının qarşısını Moskva-Tehran-Yerevan xətti ilə almaq mümkündür.Duqin yazır ki, ErmənistanRusiyadan başqa bütün keçmiş SSRİ-respublikaları həqiqi tarixə malik deyillər. Bundan başqa,ermənilər farslar və kürdlər kimi ari irqinə aiddirlər.

Azərbaycana gəldikdə isə,Duqin yazır ki,bu ölkə Türkiyənin oriyentasiyasına özünü yaxın hesab edir,ona görə də Ermənistanİran arasında parçalanmalıdır.354-cü səhifədə isə Duqin Qazaxıstanı Avrasiya İttifaqında, Abxaziyanı isə(səhifə 351) birbaşa Rusiyaya birləşdiriləcəyini qeyd edir.

Duqinin kitabında Gürcüstanın və daha sonra Türkiyənin işgalı da göstərilir(səhifə 244).Maraqlıdır ki,Rusiyanın gələcək planlarında İran xüsusi yer tutur.Rusiya İranın vasitəsi ilə sekulyar Türkiyə və “vəhhabi”Səudiyyə Ərəbistanına qarşı genişlənmək istəyir. Rusiyanın Türkiyə üzərindən isti dənizlərə,İran vasitəsi ilə isə Hind Okeanına çıxmaq istəyir. Rusiya Ukraynanın Qara dənizlə əlaqəsini kəsib Türkiyəni blokadaya almaq istəyir. Rusiya ona görə Suriyadadır ki, həm Aralıq dənizində olsun, həm də Türkiyəni sünni hinterlandı ilə əlaqəsini kəssin.

A.Duqin yazır ki,Türkiyə və Azərbaycana qarşı İran,Ermənistan,Rusiya ittifaqı birlikdə fəaliyyət göstərməlidir,bu ölkələrin Mərkəzi Asiyaya dezinteqrasiyasına nail olmalıdır.

Rusiyanın geopolitik hədəfindəki Ukrayna.

Kitabın 377-ci səhifəsində A.Duqin Ukraynanı geopolitik əhəmiyyəti olmayan dövlət adlandırır.Duqinin fikirincə,Ukrayna ərazi ambisiyaları olan bir dövlət kimi Avrasiyaya böyük təhlükədir və bu problemi həll etmədən qitə siyasətini müzakirə etmək mənasızdır.(səhifə 378)

Duqinə görə,Ukraynanın qərbindəki Volniya,Qalisiya və Zakarpatye regionlarında kotoliklərdan ibarət federasiya qurulmalıdır,ancaq bu,Atlantikin(Qərb)nəzarətinə daxil olmamalıdır.(səhifə 388)

A.Duqin yazır ki,bu üç regiondan başqa Ukraynanın qalan ərazisi və Belorus Rusiya-Avrasiya İttifaqının tərkibinə daxil edilməlidir.

Kamal Əliyev (Kafkassam)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar