Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ 2026-cı ildə nüvə kosmik gəmisini sınaqdan keçirəcək

ABŞ Müdafiə Nazirliyi kosmosda sərbəst hərəkət etmək üçün nüvə elektrik stansiyalarının yaradılmasını maliyyələşdirir. Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri İdarəsi (MNQTLİ) kosmik gəminin hazırlanması proqramının ikinci və üçüncü fazalarının başlandığını elan edib.

“Ay ətrafında çevik manevrlər üçün demonstrativ raket” proqramı 2020-ci ildə təqdim edilib və 2021-ci ilin aprelində icranın birinci fazasına start verilib.

“Kosmosda manevr etmək hərəkət sisteminin məhdudiyyətlərinə görə daha çətindir. Kosmosda texnoloji üstünlüyünü qorumaq üçün ABŞ-ın qabaqcıl hərəkət texnologiyasına ehtiyacı var”, – deyə MNQTLİ-nin Taktik Texnologiyalar Şöbəsinin proqram rəhbəri, mayor Natan Qreyner bildirib.

Proqram çərçivəsində müsabiqə iştirakçıları istilik atom raket mühərrikləri üçün nüvə elektrik stansiyası (reaktor və mühərrikin özü), həmçinin uçuş demonstratoru – əslində Yer orbitində sınaq üçün eksperimental kosmik gəmi hazırlamalıdırlar.

2021-ci ildə kosmik reaktor layihəsinin hazırlanması üzrə müsabiqənin birinci mərhələsində 22,2 milyon dollar qazanan “General Atomics” kompaniyası qalib olub. Nüvə kosmik gəmisinin prototipi müsabiqəsində “Lockheed Martin” (2,9 milyon dollar) və “Blue Origin” (2,5 milyon dollar) kompaniyaları qalib gəlib. Artıq bütün layihələr tamamlanıb.

Proqramın ikinci və üçüncü mərhələlərində iştirak üçün ərizələr avqustun 5-dək təqdim edilməlidir. Bu mərhələlərin reallaşdırılması çərçivəsində 2026-cı ilə qədər orbitdə kosmosda nüvə istilik raket mühərriklərinin prototipləri hazırlanmalıdır.

Mənbə: 3DNews.ru (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar