Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq donorlar Ukraynaya 6,5 milyard dollar ayırır

Beynəlxalq donorlar Polşanın paytaxtı Varşavada keçirilən konfransda Ukraynaya dəstək məqsədi ilə 6,5 milyard dollar vəd ediblər.

APA-nın BBC-yə istinadən xəbərinə görə, sözügedən vəsait ölkələr, eləcə də müxtəlif bizneslər və banklar tərəfindən ayırılacaq.

“Bu gün göstərdi ki, bizim Ukraynaya dəstəyimiz davam edir və aramızda heç bir eqoizm yoxdur”, - deyə Polşa Baş naziri Mateuş Moravietski bağlanış nitqində deyib.

Moravietski qeyd edib ki, Ukraynanın gündəlik 12 min ton humanitar yardıma ehtiyacı var, lakin hazırda beynəlxalq səylər nəticəsində cəmi 3 min ton yardım tədarük edilir. Əlavə edib ki, beynəlxalq yardım agentlikləri Ukrayna əhalisinin təxminən 40 faizinin humanitar yardıma ehtiyac duyduğunu təxmin edir.

Konfransa video bağlantı ilə qatılan Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin üç dəstək elementinə ehtiyac duyduğunu qeyd edib. Bildirib ki, bunlar müharibə davam edərkən Ukrayna vətəndaşlarının dəstəklənməsi üçün maliyyə yardımlarının ayrılması, İkinci Dünya müharibəsindən sonra tətbiq edilmiş Marşal Planına bənzər Ukraynanın genişmiqyaslı yenidənqurma planına hazırlıq və Ukraynaya dərhal Avropa İttifaqı namizədi statusunun verilməsidir.

Ukraynanın xarici işlər naziri Denis Şmıqal qeyd edib ki, Ukrayna fevralın 24-də Rusiya işğalının başlamasından sonra 12 milyard dollar həcmində silah və maliyyə yardımı əldə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar