Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Ukrayna ərköyünləşib”


“Volodimir Zelenski təcavüzə məruz qalmış dövlətin başçısıdır. Qeyd edim ki, Azərbaycanın Ukrayna dövlətinə simpatiyası var. Zelenski Qərbdən nə istəməsindən asılı olmayaraq, verilməyəndə danlayır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, Zelenskinin Türkiyəni tənqid etməsi onun siyasətə populizmdən gəldiyini ortaya qoyur:

“Bu, birinci hal deyil. Diqqət edin, Rusiya qazından imtina etmədiyinə görə Almaniya Prezidenti Ukraynaya buraxılmadı. Yəni, Ukrayna ərköyünləşib. Bu adam dərk edə bilmir ki, Ukraynada “Bayraktar”a  üçdən çox mahnı qoşublar və Türkiyə, doğrudan da, Ukraynaya çox yardım göstərib. Axı rusiyalı turistlərin Türkiyəyə gəlməsi müharibə ilə əlaqədar deyil.

Tutaq ki, Türkiyə turizmdən qazana biləcəyi 10 milyard dollardan imtina etdi və zərərə düşdü. Yəni, sənə dost olan ölkəyə zərər deyirsə, nə qazanırsan ki?!

Həmçinin, Türkiyə iki slavyan xalqının düşmən olmasını istəmir, hər iki dövlətlə sıx əlaqələri var. Türkiyə iki dövlət arasında barışığa nail olmaq istəyir və Ukrayna-Rusiya prezidentlərini öz ölkəsində qəbul etməyə hazırdır. Zelenskinin populizmi və səriştəsizliyi onu qeyri-peşəkar siyasətçi kimi xarakterizə edir.

Aydındır ki, Zelenski dövlət siyasətini, beynəlxalq münasibətlər sistemini dərk eləmir. Amma çox yaxşı başa düşür ki, Qərb Ukraynadan istifadə edərək Rusiyanı zəiflətməyə çalışır. Şübhəsiz ki, Qərb və digər dövlətlər Ukraynaya yardım göstərməkdə haqlıdırlar, lakin Ukrayna özünü dostlarına düşmən etməməlidir.

Zelenski bununla heç nə əldə edə bilməyəcək. Bu, səriştəsizlik və səbirsizlikdir. Təzyiq yolu ilə nəyəsə nail olmağa çalışmaq danışa bilməyən uşağın yemək istəyəndə ağlamağına bənzəyir. Hesab edirəm ki, Zelenskinin davranışları yanlışdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar