Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Tbilisidə təşkil etdiyi sərgidə Azərbaycana aid fotoşəkillər yer alıb

Gürcüstanın paytaxtı Tbilisidə “Üç rəng - yaşıl, qırmızı, göy - Cənubi Qafqaz sənaye inqilabından sovet işğalınadək” adlı fotosərgi açılıb.

“Report”un yerli bürosu xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Tbilisi Fotoqrafiya və Multimedia Muzeyində təşkil olunan sərgidə Azərbaycan, Gürcüstan və Ermənistana aid 100-dən çox fotoşəkil təqdim edilib.

Fotoşəkillər ABŞ Konqresi Kitabxanasının Fotoqrafiya Departamenti və Gürcüstanın Milli Arxivinin kolleksiyasına aiddir. Müəllifləri Dmitri Yermakov, Sergey Prokudin-Qorski, Aleksandr Roinaşvili və digər fotoqraflar olan fotoşəkillərdə üç ölkənin böyük dəyişikliklər astanasındakı – XIX əsrin II yarısından sovet işğalına qədər olan dövrləri əks olunub.

Sərginin Azərbaycan guşəsində 22 fotoşəkil təqdim olunub. Gürcüstanın Milli Arxivində saxlanılan fotoşəkillər Şirvanşahlar sarayı, Bibiheybətdə neft quyusunda yanğın, Gəncədə bazar və dükan, Bakı, Şamaxı və digər mənzərələri əks etdirir.

Ekspozisiyanın kuratoru Nestan Nijaradze bildirib ki, indiyədək Cənubi Qafqazın üç ölkəsinə həsr olunan belə fotosərgi keçirilməyib: “Sərgi regionda önəmli dövrü nümayiş etdirir. Fotoşəkillər həmçinin ölkələrin siyasi, iqtisadi və mədəni seçimlərini əks etdirir. Sənaye inqilabları və inkişaf Gürcüstan və Azərbaycanın Avropaya inteqrasiyası üçün əhəmiyyətli imkanlar açıb. Azərbaycan üçün məsələn, bu, neftin hasilatı olub”.

Sərgi ABŞ və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunan tədbirlər çərçivəsində keçirilir.

Mayın 25-dək açıq olacaq sərgini ziyarət etmək ödənişsizdir.

ADP12EQ2U52B.jpg" width="669" height="500" />

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar