Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəqəmsal “lider” İlon Mask “Böyük Qardaşa” çevrilir?..

Bəzi kommersiya addımlarını tənqid edən nəhəng media qurumlarını sevməyən, jurnalistlərin etibarlılığını ölçən internet saytı qurmaq istəyən Mask dünyada ifadə azadlığına necə rəhbərlik edə bilər?..

Tarık Alhomayed
“Şarkul Avsat” qəzeti, 27 aprel 2022-ci il

Milyarder İlon Mask “Twitter”i aldıqdan sonra bütün dünyanı saran rəqəmsal “çılğınlıq” başa çata bilərmi? ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dediyi kimi, sosial medianın azadlıqlara, siyasətə və demokratiyaya təsiri böhranı dərinləşdirirmi?

Bu mövzu ilə bağlı sualların siyahısı uzun və başadüşüləndir. Ancaq görünən odur ki, ünsiyyət vasitələrinin insan hüquqlarına çevrildiyini deyənlərin, Obama kimi bu cür ünsiyyət vasitələrini yayan, istifadə edən və mənimsəyənlərin bu suallara cavabı yoxdur.

Sosial media saytlarını bazara çıxaranların vəziyyəti, sanki, şüşədən çıxardıqları cini artıq idarə etməyənlərin vəziyyətinə bənzəyir. Bunun ən yaxşı nümunəsi Obamadır ki, o, bu kommunikasiya vasitələrindən istifadəni təşviq edib və indi onun təhlükəsi barədə xəbərdarlıq edir.

Keçən həftə Obama Kaliforniyanın Silikon Vadisində yerləşən Stanford Universitetində görüşdüyü tələbələrə deyib ki: “Demokratiyaların zəif olmasının əsas səbəblərindən biri bizim ünsiyyət və məlumatlandırma tərzimizdəki əsaslı dəyişiklikdir”. O, həmçinin etiraf edib ki, rabitə vasitələri olmasa, prezident seçilə bilməzdi.

Kommunikasiya vasitələrinin əks olunmasına və media vasitəsilə yayılan dezinformasiyaya diqqət çəkən Obama, sosial media şəbəkələri ilə bağlı qanunların daha əhatəli olması üçün islahatlara çağırıb. Sonda, o deyib: “Alətlər bizi idarə etməz, biz onları idarə edə bilərik”.

Bu bəyanatlar, təbii ki, Obama administrasiyasının Ərəb Baharı adlanan dövrdə və digər məsələlərdə irəli sürdüklərinin tam əksidir. Lakin bu gün liberallar və mühafizəkarlar medianın rolunu və onun ABŞ siyasətinə təsirini tənqid edirlər.

İndi biz İlon Maskın “Twitter”i satın aldığı və onu özəl şirkətə çevirdiyi mərhələdəyik. Mask deyir: “Yüksək etibarlı və hərtərəfli platformaya sahib olmaq sivilizasiyanın gələcəyi üçün çox vacibdir”.

“İqtisadiyyat məni qətiyyən maraqlandırmır”, deyərək reklama etibar etmək istəmədiyini ifadə edən Mask: ““Twitter”ə sərmayə qoydum, çünki “Twitter”in dünya səviyyəsində ifadə azadlığı platforması ola biləcəyinə inanıram”, deyib.

“Məncə, söz azadlığı fəaliyyət göstərən demokratiya üçün cəmiyyətin tələbidir" deyən Mask: ““Twitter”i ələ keçirsəm və bir şey səhv olarsa, bu, 100% mənim günahımdır”, deyə qeyd edib.

İndi təəccüblü bir transformasiya ilə qarşılaşırıq. Pulsuz rəqəmsal məkan ideyasını irəli sürdükdən sonra indi deyə bilərik ki, bir rəqəmsal “lider” də var. İranın Dini Rəhbəri, “Müsəlman Qardaşları” lideri və ya “Böyük Qardaş” mədəniyyəti kimi bir liderdən söhbət gedir.

Ortada ciddi bir sual da budur: Bütün dünya üçün “azadlığın” nə olduğunu necə müəyyən etmək olar? Nə demək və nəyi deməmək lazımdır? Hər bir coğrafiyaya xas hüquqi çərçivələr, doğru ilə yanlışın və dəyərlərin tərifi və ya mədəni ölçü, normalar və s. olmadan nələr demək olar?

Bəzi kommersiya addımlarını tənqid edən nəhəng media qurumlarını sevməyən, jurnalistlərin etibarlılığını ölçən internet saytı qurmaq istəyən Mask kimi bir insan dünyada ifadə azadlığına necə rəhbərlik edə və ya ona inana bilər?

Bu səbəbdən də, bir ideologiya olaraq liberalizmin deyil, ABŞ liberallarından olan dəlilərin və mühafizəkar əleyhdarların əlində girov qalaraq rəqəmsal “lider” mərhələsinə çatdığımız aydın görünür.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar