Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qara asfaltdan qırmızı şərait quran Kərəm Məmmədrzayevin "hamar" həyatı - Araşdırma + Fotolar

"Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinə çəkilən yolların ekspertizası aparılsa məlum olar ki, yollara əsaslı quruntun kateqoriyasına uyğun inşaat materiallarından olan but, ştif istifadə olunmayıb, katokla düzgün iş aparılmayıb". 

"Rupor" xəbər verir ki, bu iddialar son vaxtlar müxtəlif media orqanlarında Qazax rayon 27 saylı Yol İstismar İdarəsi MMC-nin fəaliyyəti ilə bağlı yayılıb. 

Xatırladaq ki, eyni problemlə bağlı saytımızda 28.05.2022-ci il tarixdə "Yol İstismar İdarəsi direktorunun adamı baş redaktoru ölümlə hədələdi" başlıqlı yazı yayımlanıb. Yazıda əksini tapan ittihamlara qarşı tərəf cavab verməkdən boyun qaçırıb. 

Mövzu yarımçıq qaldığından, həqiqət tam aydınlaşmadığından əməkdaşlarımız daha fərqli faktlar ətrafında araşdırma aparıblar. 

Məlum olub ki,Yol İstismar İdarəsinin çəkdiyi asfatlar standartlara cavab vermir. Asfaltlar bişirilməyib, tərkibində qum, çınqıl, bitum və digər komponentlər olmayıb. Nəticəsi də budur ki, Ağstafada salınan yollar iki-üç il sonra dağılıb. Buna misal olaraq, Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu avtomobil yolunu göstərmək olar. Yolun Yenigün-Xətai-Qaçaq Kərəm ərazisinə düşən hissəsində elə yerlər var ki, minik avtomobillərinin hərəkəti az qala mümkünsüz olub. Yolun təmir olunandan qısa müddət sonra bərbad vəziyyətə düşməsi bu yoldan istifadə edən minlərlə insanın narahatlığına səbəb olub. 

Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində aparılan yol inşaat işlərində yolun enində, asfaltın qalınlığında, tərkibində ölçüyəgəlməz şəkildə material çatışmazlığı var. Bir müddət əvvəl Ağstafa-Böyük Kəsik istiqamətində 49 km yolun çəkilişi zamanı nöqsanlar aşkarlanmışdı. Sonradan görülmüş işi təhvil götürən idarə rəisi çıxılmaz vəziyyətdə qaldı. 

Hazırda Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yol-nəqliyyat infrastrukturu kompleks şəkildə yenidən qurulur. Sözügedən yol tikintisini isə 27 nömrəli Yol İstismar İdarəsi MMC-nin direktoru Kərəm Məmmədrzayev tərəfindən aparılır. Bu yolun da çəkilişində şox sayda qüsurlar var. 

Mediada yayılan məlumatlarda Kərəm Məmmədrzayevin biznes şəbəkəsi, mülkləri ( Paytaxtda və rayonlarda mənzilərə sahibdr - red.) barədə də geniş yazılır. Bu sırada “Palıd”restoranının, Ağstafa çay hövzəsində 5 hektarlıq meşəlik sahənin adı çəkilir. Ətraf mühütin monitorinqi və Ekoloji Maarifləndirmə sektorundan daxil olan məlumatlara görə, Bakı şəhər sakini olan həyat yoldaşı Məmmədrzayeva Fiqura Vahid qızının icarəsinə verilən ərazidə 5,0 ha su fondu torpaqlarının təxminən 1,5 ha hissəsində yerləşən diametiri 32-36 sm-dən 4(dörd) ədəd söyüd, 28 sm-dən 3 (üç) ədəd qovaq,12-14 sm-dən 5 (beş) ədəd söyüd və 2 (iki) ədəd qovaq ağaclarının maşın mexanizimlə kökündən çıxarılaraq, məhv edilib. Ərazidə torpaq hamarlama işləri aparılan zaman diametirləri 12, 16, 32 sm-dən umumilikdə 3 (üç) ədəd söyüd ağaclarının zədələndiyi müəyyən olunub. Yaşıllıqların məhv edilməsi və zədələnməsi nəticəsində təbiətə (yaşıllığa ) 3200,00 (üç min iki yüz ) manat məbləğində dəymiş ziyan hesablanıb. 

Yol verilmiş qanun pozuntusu ilə əlaqədar təqsirkar şəxslərin müəyyən edilməsi və qanuna müvafiq tədbir görülməsi üçün tərtib edilmiş sənədlər aidiyyatı üzrə Qazax rayon Prokrorluğuna göndərilib. 

Mövzu üzrə araşdırma davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar