Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kosmosdan görünən ikinci ən böyük abidə

Çin səddi və İstanbul səddindən sonra dünyanın ən uzun, ən geniş və ən möhkəm divarlarından biri olan Diyarbəkir qala divarları həmçinin Çin səddindən sonra dünyanın kosmosdan görünən ikinci ən böyük tarixi abidəsidir.

Diyarbəkir qalası daxili və xarici qala olmaqla iki hissədən ibarətdir.

Diyarbəkir qalasının dörd əsas qapısı şimalda Dağ qapı (Harput qapısı), qərbdə Urfa (Yunan qapısı), cənubda Mardin qapısı və şərqdə Yeni qapıdır.

Təxminən 9 min illik tarixi olduğu təxmin edilən Diyarbəkir qala divarları 2015-ci ildə UNESCO tərəfindən Dünya İrs Siyahısına daxil edilib.
Ətraflı

Divarların parametri təxminən 5200 metrdir. Daxili qala ilə birlikdə qala divarlarının ümumi uzunluğu təxminən 5800 metrdir. 645 metrlik qala divarı müxtəlif səbəblərdən sökülüb. Qalada 82 qüllə var.

Diyarbəkir qalası bütün şəhəri əhatə edən divar şəklində tikilib. Qala ilə birlikdə müdafiə divarlarının bölgənin yerli əhalisi hurilər tərəfindən eramızdan əvvəl 4-cü minillikdə tikildiyi güman edilir. Qala daha sonra Bizans imperatoru Konstantin tərəfindən bərpa edilib.

Hər memarlıq abidəsinin bir tarixi olduğu kimi, bu qüllələrin də öz əfsanələri var. Rəvayətə görə, ustad və şagirdi ən gözəl binanın tikintisi ilə bağlı mərc edirlər. Divarların cənub tərəfində Yeddi Qardaş Qalasını tikən ustad və onun yanında başqa bir qala tikən şagirdi camaat arasında "qalib mənəm, yoxsa sən" deyə soruşur. Lakin ustad şagirdinin sənətinin üstünlüyünü görərək özünü qaladan atır. Ustadının ölümünə dözməyən şagirdi də onun arxasınca özünü atır. Ustad ilə şagirdinin rəqabət və dostluq hekayəsinin yaşandığı yer "Mən və Sən" mənasını verən Ben-u Sen kimi tanınır. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar