Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kişilər boşandıqları qadınları niyə öldürürlər? - Üç səbəb

Son günlər ölkəmizdə keçmiş əri, ya da keçmiş nişanlısı tərəfindən öldürülən qadınların sayı durmadan artmaqdadır. Bu hal cavabını tapmağa məcbur olduğumuz sualların çoxalmasına səbəb olur.

Məsələn, kişi ayrıldığı qadından niyə əl çəkmir? Boşansa da, üstündən illər keçsə də, niyə qadını narahat edir, hətta onu öldürmək qərarına gəlir? Bu ağlasığmaz cinayətlərin əsas qaynağı nələrdir, qarşısı necə alınmalıdır?

Mütəxəssislər səbəbləri üç yerə bölürlər.

İlk sırada kişi psixologiyası gəlir. Qətli törədəcək xarekterdə olan kişi qadına nəzarəti öz vəzifəsi sayır. Düşünür ki, qadın onun malıdır və uşaqlarının anasıdır. Boşansa da, onu öz malı kimi görməyə davam edir. Başqasının həyat yoldaşı, sevgilisi, uşaqlarının anası olmasını ağlına belə gətirə bilmir. Bunu daha çox qadının paylaşılması kimi qavrayır.

İkinci səbəb isə mental dəyərlərə bağlıdır. “Gəlin evin süpürgəsidir”, “Qadın ər evindən ancaq tabutda çıxar” kimi deyimlər qadını kişinin gözündə şəxsiyyət olmaqdan çıxarır, bir növ əşya səviyyəsinə salır. Buna görə də boşanma ərəfəsində olan biri “namus”, “qeyrət” kimi anlamlar yükləyərək öldürdüyü qadının da onun kimi insan olduğunu qəbul etmək istəmir. Törətdiyi cinayəti qəhrəmanlıq sayır, çünki ona haqq qazandıranların da az olmadığını bilir.

Üçüncü əsas səbəb isə boşanmalardan sonra da davam edən məişət davaları, aliment məsələləri, uşaqlarla bağlı yaranan narazılıqlardır.

Psixoloq Vüsalə Əmiraslanovanın fikrincə, bəzi kişilər düşünür ki, həyat yoldaşı ondan ayrıldıqdan sonra onun namusuna ləkə gələcək. Ancaq namusun əslində ona yox, qadının özünə aid olduğunu düşünmürlər:

“Son dövrlərdə baş verən qətl hadisələri göstərir ki, qarşı tərəf manyakcasına plan qurur. Düşünür ki, bu qadın həyatda olmamalıdır. Çünki o, evliliyin ayrılıqla bitməsini qəbul edə bilmir. Kişilər düşünür ki, mən həyat yoldaşımdan ayrılmışamsa, biz artıq ata-ana rolunda deyilik. Kağız üzərində olmasa belə öz qadınını qorumağa çalışır. Burada da artıq bu düşüncələr yaranır ki, o heç kəslə danışa bilməz, mənim övladıma başqası atalıq eləməsin və qadın da işləməsin. Yəni mən deyənlər olmalıdır, ancaq heç bir maddi yardım göstərməyəcəm”.

Psixoloqun fikrincə, kənar müdaxilələr də narazılığın cinayətə qədər getməsində böyük rol oynayır. Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin üzvü, professor Tahirə Allahyarovanın sözlərinə görə, bu sahədə vəziyyət tək Azərbaycanda gərgin deyil. Dünya üzrə partnyoru və ya ailə üzvü tərəfindən il ərzində təxminən 50 min qadın öldürülür və çox təəssüf ki, bu tendensiya artan dinamika üzrə davam edir:

“Ailədaxili münasibətlərdə, gənclər siyasətində, aidiyyətli dövlət strukturlarının, bütövlükdə isə cəmiyyətin bu məsələni təxirəsalınmaz sosial problem kimi hərtərəfli diqqət mərkəzində saxlaması ilə müəyyən dönüş əldə etmək mümkündür. Ölkəmizin bu statistik mənzərədə ön sırada olmasının aradan qaldırılması üçün cəmiyyət olaraq ictimai rəyi səfərbər etməliyik. Və media olduqca böyük statusa malikdir”.

Sosioloq Sahib Altay isə düşünür ki, bu gün hüquq qadın qətllərinin qarşısının alınmasını yox, mövcud cinayəti dəyərləndirir:

“İnsanın həm bioloji, həm də sosial tərəfi təbiidir. Bu gün dünyada böyük maarifləndirmə işləri aparılır bununla bağlı. Maarifçilik proqramları həyata keçirilir. Ancaq hələ də bunun qarşısını ala bilməmişik. Çox adam hüququ misal gətirir, ancaq hüquq baş verən cinayətlərin qarşısını almağa qadir deyil, hüquq mövcud cinayəti dəyərləndirir.

Bir çox dünya ölkələrində məişət zorakılığı törədən şəxslərə məhkəmə yolu ilə uzaqlaşdırma cəzası tətbiq edilir. Bu təcrübəyə əsasən, zorakılıq edən şəxs qarşı tərəfin olduğu, yaşadığı əraziyə yaxın gələ bilməz. Hazırda texnologiyanın inkişafı sayəsində bu qadağa daha praktik hal alıb. İndi zorakılıq tətbiq edən şəxsin qoluna olduğu ərazini siqnal formasında polis bölməsinə ötürən cihaz taxılır. Həmin şəxs zorakılığa məruz qalanın yaşadığı ünvana yaxınlaşdığı zaman polis xəbər tutur və müdaxilə edir. Ancaq təəssüf ki, ölkəmizdə bu cür hüquqi təcrübə yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar