Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır

Prezident İlham Əliyevin Brüsselə səfəri və bu səfər çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri zamanı əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.

2021-ci il dekabrın 14-də ilk üçtərəfli görüş keçirilib, bununla da cənab Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb və telefon danışıqları keçirilib.

Aprelin 6-da keçirilmiş görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və eyni zamanda bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar olaraq hər iki ölkənin Xarici İşlər nazirliklərinə bununla bağlı təlimat verilib. Sülh razılaşmasının əsas mahiyyəti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

Avropa İttifaqının dəstəyi ilə ErmənistanAzərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Burda məqsəd ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Görüşdə tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bəyənatda həmçinin Avropa İttifaqının tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində ölkəmizə dəstək göstərilməsi də nəzərdə tutulub. Qurumun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında maraqlı olması üçtərəfli görüşlərin təşəbbüskarı kimi çıxış etməsi təqdir olunur.

Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır .Avropa İttifaqı cənab İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür.

30 il ərzində Azərbaycanın torpaqlarını işğal altında saxlayan təcəvüzkar Ermənistana dünya güclərinin təzyiqlər göstərməməsi onun daha böyük iddialarla yaşamasına səbəb olmuşdur.

Ermənistanın 2020-ci ilin sentyabrın 27-də həyata keçirdiyi təxribat da bunun təsdiqi idi. Nəticədə əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu öz torpaqlarında döyüşdü və üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanmasına nail oldu. Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.Bu gün işğalçı Ermənistanın qarşısında dayanan əsas tələb sülh müqaviləsini imzalamaqla, regionda təhlükəsizliyin təmin edilməsi, kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılmasıdır.
Hazırda Ermənistanda gedən proseslər və Erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.

Günel Cəfərova
Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar