Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Evə buraxın, tələb olunan məbləği toplayıb ödəyim" - Hafiz Məmmədov

Həbs edilən iş adamı Hafiz Məmmədov dövlətə olan borcunu ödəməyə hazır olduğunu bildirib.

H.Məmmədovun vəkili İsmayıl KəngərliQafqazinfo”ya açıqlamasında bildirib ki, müvəkkilinin şirkətləri ilə bağlı hesablanmış sosial ödəniş borcu 1 milyon 462 min manatdır: “Onun da 1 milyon manat hissəsi 2013-2015-ci ilin birinci rübünə düşür. Qanunvericiliyə görə, üzərindən 7 il keçmiş ödənişlərə görə cəzaya cəlb etməyə icazə verilmir. Yəni, Cinayət Məcəlləsinə və Konstitusiya Məhkəməsinin qərarına əsasən istintaq orqanı bu məbləğlərə görə ittiham verə bilməz”.

İ.Kəngərli əlavə edib ki, H.Məmmədovun dövlətə borcu olan şirkətlərindən biri “Transgeyt” MMC daha əvvəl 2 milyon manat artıq vergi ödənişi edib: “Hafiz Məmmədov təklif edib ki, Vergi Xidmətinə ödədiyi əlavə 2 milyon manat DSMF-yə olan borcuna yönəldilsin. DSMF isə Vergi Xidmətləri ilə hesablarının ayrı olduğunu bildirərək həmin pulu çəkə bilmədiyini deyir. Vergi Xidməti isə hazırda bu məbləği Hafiz Məmmədova geri qaytara bilmədiyini, gələcəkdə yaranacaq vergi borcuna silinəcəyini qeyd edir”.

Vəkil qeyd edib ki, bu günədək 400 min manat ödəniş edilib: “Ola bilsin bu gün də əlavə ödəniş edilsin. Hafiz Məmmədovun mövqeyi belədir ki, hesablanan borcu ödəməyə hazırdır. Təklif edir ki, o, evə buraxılsın və tələb olunan məbləği toplayıb hissə-hissə ödəsin”.

Hafiz Məmmədov hesab edir ki, onun şirkətlərinin borcları əvvəlcədən düzgün hesablanmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar