Şənbə, 21 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Müharibə gözləmirik, amma nə olacaq, onu təkcə Putin bilir...”

Amerikalılar həqiqətən Rusiya ilə gərginliyin dərhal yumşaldılmasını istəyirlər, amma Ukrayna sərhədlərində on minlərlə Rusiya hərbçisinin cəmləşdirildiyi bir vaxtda bu mümkün deyil. virtualaz.org xəbər verir ki, bu barədə NATO-dakı yüksək rütbəli mənbə (həmin mənbə Avropa İttifaqına üzv olan ölkəni Brüsseldə təmsil edir) EURACTIV portalına bildirib.

Mənbə əlavə edib ki, indiki gərgin vəziyyətdə “qəza istənilən an mümkündür”, hətta Qərb Moskvanın Ukraynaya hərbi müdaxilə planlaşdırmadığı barədə bəyanatlarına inansa belə.

Ukrayna ətrafındakı böhran və Moskvanın sonrakı addımları barədə suala cavab verərkən mənbə bildirib ki, ancaq prezident Vladimir Putin nə baş verəcəyini bilir, hətta Kreml rəhbərliyində də onun planlarının nədən ibarət olduğu barədə aydın təsəvvürə malik deyillər.

Mənbə əlavə edib ki, Qərb “bir az da Ukraynanın qulağını dartsaydı pis olmazdı”, çünki Kiyevdə bir çoxları lüzumsuz təxribatlara əl atırlar. “Ukraynada da problemlər var, hakimiyyətdə, əsasən orduda”,-mənbə deyib.

Yüksək rütbəli NATO rəsmisi onu da bildirib ki, indiki situasiyada Rusiyanın Ukraynaya hərbi müdaxilə planlaşdırdığına əmin deyil. “Ukrayna kimi böyük və bu cür silahlı qüvvələrə malik olan ölkəyə müdaxilə üçün indi sərhəddə cəmləşdiriləndən fərqli hərbi imkanlar lazımdır”,-o deyib.

Mənbə Ukraynanın NATO üzvü olmadığı üçün alyansın onu qorumaq öhdəlikləri olmadığını xatırladıb. Amma əlavə edib ki, əgər Rusiya səhvə yol verib hansısa NATO üzvünə hücum etsə üçüncü dünya müharibəsi olacaq.

pia.az

 


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Bu ölkələr Kremlin hədəfindədir" - Rusiyalı general

DTX-dən əməliyyat: "Azəri Camaatı"nda döyüşən şəxs həbs edildi

İsa Qəmbər 180 manatlıq “pensiya”sına görə məhkəməyə üz tutur

Jurnalist Qadir İbrahimli dəfn olunub - Yenilənib

Rusiya hərbçilərinin Buça sakinlərini edam etməsinə dair yeni görüntülər yayılıb - Foto, Video

Kamran Əsədov: ""Poz, qazan"ın yerini dəyişə bilmiriksə, ən asanı universitetin yerini köçürməkdir?"

Mariupol 81 günlük mühasirədən sonra təslim olub

Qubada 5 il əvvəl törədilən qətlin üstü açılıb, saxlanılan var

Ukraynada həlak olan azərbaycanlının kimliyi müəyyənləşdi - Video

Aleksandr Qavrutenko: “Rusiyanın geri çəkilməsi yalnız qaçmaq şəklində olacaq”

Ən çox oxunanalar