Cümə axşamı, 19 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiyanın hazırkı güclü iqtisadi mövqeyi qısamüddətli olacaq...

Qısa müddətdə Rusiya güclü mövqedədir. Lakin uzunmüddətli perspektivdə Rusiya, əslində göründüyündən, xeyli zəifdir və növbəti 30 ildə onu çox çətin gələcək gözləyir...

Hamish McRae
“The Independent” qəzeti, 26 yanvar 2022-ci il

Qısa müddətdə Rusiyanın əli güclüdür. Ancaq bir neçə il irəliyə baxdıqda çox fərqli mənzərə yaranır. Əgər Ukrayna işğal olunarsa, iqtisadi sanksiyalar həqiqətən Rusiya iqtisadiyyatına zərər verə bilərmi? Bu suala konkret bir cavab vermək asan deyil. Qısa müddətdə Rusiya güclü mövqedədir. Lakin uzunmüddətli perspektivdə Rusiya, əslində göründüyündən, xeyli zəifdir və növbəti 30 ildə onu çox çətin gələcək gözləyir.

Burada Rusiyanın yaxın bir neçə həftə ərzində nələr edə biləcəyi və ya Qərbin reaksiyasının təfərrüatları barədə fikir yürütmək əbəsdir. Bu, siyasi və hərbi strateqlərin işidir. Amma bəzi fundamental iqtisadi reallıqlar var ki, onlar Rusiyanın nə etməsindən asılı olmayaraq, çox dəyişməyəcək. Elə birinci reallıq ölkənin administrasiyanı maliyyələşdirmək üçün neft gəlirlərinə güvənməsidir.

Hazırda bu, Rusiya üçün çox yaxşı xəbərdir. Neft və qaz gəlirləri Rusiya büdcəsinin gəlirlərinin təxminən üçdə birini təşkil edir. Rusiya büdcəsini neftin bir barelinin qiymətini 45 dollar səviyyəsində qurmuşdu. Hazırda bir barel üçün təxminən 86 dollar olan qiymət bundan iki dəfə çoxdur. Əgər sanksiyalara görə Rusiya rublu dollar qarşısında ucuzlaşarsa, bu, faktiki olaraq rublla gəlirlərin dəyərini artıracaq. Təbii qazın qiymətindəki artım neftin qiymətindən də çoxdur, yəni Rusiya öz nefti və qazı üçün bazar tapa bildikcə, istədiyi hər şeyi maliyyələşdirmək üçün hər zaman pulu olacaq.

Rusiya neft və qazını satmaqda çətinlik çəkə bilərmi? Çox da yox. Dünyanın ən böyük neft idxalçısı Çin olarkən, Rusiya da 2020-ci ildə Səudiyyə Ərəbistanından sonra Çinin ikinci ən böyük neft tədarükçüsü olub. Qərblə ciddi qarşıdurma vəziyyətində Çinin daha az neft alacağını düşünmək isə sadəlövhlük olardı. İstənilən halda, Avropa təbii qaz baxımından Rusiyadan çox asılıdır, bunu Rusiyadan Baltik dənizi altından Almaniyaya uzanan yeni “Şimal Axını-2” qaz kəmərinə qarşı edilən basqılar sübut edir. Boru kəməri tamamlanıb, həmçinin Almaniya və Aİ xəttin istismara verilməsini dayandırmaq üçün təzyiq altındadır. Amma Avropanın qaza ehtiyacı var, bu enerji isə Rusiyadadır, xüsusən də Ukrayna ərazisindən keçən alternativ magistral kəmərləri nəzərə alsaq, onda vəziyyət bir qədər də ciddiləşir. Avropanın təbii qaz təchizatının 16%-i Ukrayna üzərindən Rusiya tərəfindən qarşılanır. Olası Rusiya-Ukrayna bir müharibəsi isə “Şimal Axını-2”-yə olan ehtiyacı daha da artırır.

Nəzəri olaraq, Rusiyaya qarşı tətbiq oluna biləcək başqa sanksiyalar da var, məsələn, Rusiyanın Brüsseldə yerləşən SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması. Amma bu, iki tərəfi kəskin qılınc kimidir, çünki Avropa qaza görə Rusiyaya necə olsa pul ödəməlidir. İstənilən halda Almaniyanın Ukraynaya, hətta müdafiə silahı vermək istəməməsi onun Rusiyaya qarşı ciddi maliyyə sanksiyalarına müqavimət göstərəcəyini açıq şəkildə göstərir.

Ona görə də, qısa müddətdə Rusiyanın əli güclüdür. Ancaq bir neçə il irəliyə baxdıqda çox fərqli mənzərə yaranır. Nəticə odur ki, Rusiya əhalisi azalır və daha da azalacağı gözlənilir. Birləşmiş Millətlər Təşkilatının ilkin proqnozu ondan ibarətdir ki, 2050-ci ilə qədər əhalinin indiki 146 milyondan 136 milyona düşəcək. Əhali artıımı 2000-ci ildəkindən bir qədər azdır. 25-64 yaş arasında olan əsas əmək qabiliyyətli əhalinin 2020-ci ildəki 83 milyondan 2030-cu ildə 73 milyona qədər azalacağı proqnozlaşdırılır.

Başqa struktur zəiflikləri də var. Neft və qazdan asılılıq hazırda bir güc ola bilər, lakin dünya tədricən karbon yanacaqlarından digər yanacaqlara keçdiyi üçün bu, daha az gücə çevriləcək. Məlum səbəblərə görə Rusiya Qərbdən gələn miqrantları cəlb etməkdə çətinlik çəkir, bir çox iddialı vətəndaşları isə xaricə, əsasən, İngiltərəyə immiqrasiya etməyi seçirlər. Məsələn, “Revolut” bank proqramı Londonda iki rusiyalı sahibkar Nik Storonski və Vlad Yatsenko tərəfindən təsis edilib. O, dünyanın ən dəyərli maliyyə texnologiyası şirkətlərindən birinə çevrilib.

Ancaq Vladimir Putin üçün əsl problem daha ümumi bir şeydir. Rusiya iqtisadiyyatının ölçüsü qlobal göstəricilərdən aşağı düşür. 2018-ci ildə Rusiya dünyanın 11-ci ən böyük iqtisadiyyatı olub. HSBC-nin proqnozlarına görə, 2030-cu ilə qədər Rusiya iqtisadiyyatı Avstraliya ilə eyni ölçüdə 13-cü yerə düşəcək. Qlobal iqtisadiyyatda çəkisi artan Çindən fərqli olaraq, Rusiyanın çəkisi azalır. Nə qədər ki, Avropa aqressiyası daxilə sərmayə qoyuluşuna mane olacaq, prezident Putinin hərəkətləri də, çox güman ki, ölkənin nisbi iqtisadi tənəzzülünü sürətləndirəcək.

Rusiya üçün təhlükə dünyanın ən böyük ərazisi olan bir ölkəyə nəzarət edəcək qədər böyük iqtisadiyyata malik olmamasından irəli gəlir. Belə bir iqtisadiyyata çevrilmək üçün kifayət qədər insan və sərvət tapmaq da asan olmayacaq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Ramiz Mehdiyevin nəvəsinin FHN-də ciddi “yeyintiləri” aşkarlanıb - O, həm də nazir müavinin oğludur...

Hamı onları sevgili bildi, toy günü nişanlısını buraxıb Türkiyəyə qaçdı – Səhnəmizin Məlahəti...

“Filarmoniyada baş verənlər Azərbaycan mədəniyyətini təhdid etmək deməkdir” - Hafiz Hacıyev

Azərbaycanın mədəniyyət ocağında biabırçılıq - Filarmoniya gecə klubuna çevrilib? - Video

Səttar Mehbalıyevin qardaşının “Nobellik” pasport biznesi: Dövlət 60 manat, rəis 150 manat qazanır

Maşından küçələrə “yüz manatlıq” səpən şəxsi polis həbs etdi

İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşadadır - Yenilənib, Foto

Rusiya imkan verməsə, Xankəndiyə DİN girməlidir

Tahir Əmiraslanovun vəzifədən çıxarılmasına rəsmi münasibət

Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Finlandiya və İsveçin NATO-ya daxil olmasını dəstəkləməyən Türkiyə Rusiyanın ayağının altına yağ çəkir?..

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı şərtlərini açıqladı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay