Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəfat edən şəxsin pensiya kapitalı necə olacaq?

Yanvarın 26-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitənin sədri Musa Quliyev iclasın gündəliyi barədə məlumat verib. Komitə sədri gündəliyin birinci məsələsi olan 2021-ci ilin payız sessiyası ərzində Əmək və sosial siyasət komitəsində görülən işlərin hesabatını təqdim edib.

Sonra gündəliyin ikinci məsələsi olan Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin yaz sessiyası dövrünə dair iş planı haqqında məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, “Məşğulluq haqqında” qanuna əlavə və dəyişiklik edilməsi iş planına salınıb. Həmçinin “Əmək pensiyaları sahəsində aparılan islahatlar: nəticələr, çətinliklər və perspektivlər” mövzusunda və “Tütün istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası vəziyyəti barədə dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Jalə Əliyeva, Vüqar Bayramov, Sevinc Hüseynova, İlham Məmmədov, Arzu Nağıyev, Aqil Məmmədov və Əziz Ələkbərov çıxış edərək müzakirə edilən sənədlərlə bağlı fikirlərini bildiriblər. Deputatlar ötən sessiyada komitənin məhsuldar işlədiyini, komitə üzvlərinin qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərin, xüsusən də şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlandıqlarını qeyd ediblər.

Qarşıdakı sessiyada iş planı ilə bağlı fikirlərini bildirən komitə üzvləri dinləmələrin problemlərin ortaya çıxarılması və həlli yollarının axtarılmasında əhəmiyyətini vurğulayıblar, pandemiyanın məşğulluğa təsiri, qeyri-formal əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəxs vəfat edərkən onun pensiya kapitalının taleyi, əlillik və əlilliyin təyinatı məsələləri ilə bağlı rəylərini səsləndiriblər.

Müzakirələrə yekun vuran komitə sədri sosial siyasətin ən həssas və çətin sahələrdən biri olmasından bəhs edib, bu istiqamətdə Azərbaycanda böyük işlər görüldüyünü vurğulayıb. Bu məsələlərə doğru yanaşmağın vacibliyinə diqqət çəkən Musa Quliyev dövlətin sosial siyasətinə deputatların verə biləcəyi dəstəyə toxunub.

Sonda komitənin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı məqbul hesab edilib və 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Ən çox oxunanalar