Çərşənbə axşamı, 17 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Paşazadənin əsas səlahiyyəti əlindən alınır - Qanunda mühüm dəyişiklik

Azərbaycanda məscidlərə dini rəhbərlərin təyinatı səlahiyyətini həyata keçirəcək qurum məlum olub. "Report"un xəbərinə görə, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliklə bu səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir.

Qeyd edək ki, dəyişikliklə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir.

Qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir".

Qeyd edək ki, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin ictimai təşkilat olan Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunması ictimaiyyət tərəfindən də doğru hesab edilmir. Qurumun rəhbəri Allahşükür Paşazadə bundan öz maraqları üçün istifadə etdiyi bildirilir. 

Ölkədə ictimai rəyə müəyyən təsir gücünə malik olan din xadimlərinin təyinatının dövlətin nəzarətindən kənarda qalması, ayrı-ayrı şəxslərin ixtiyarına buraxılması həm də təhlükəlidir. Xüsusən də bu şəxslər Rusiyaİranla isti münasibətlərdədirsə.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - Video

Müdafiə Nazirliyi: "12 616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır"

Milli Məclis Aparatında kadr dəyişiklikləri olub

Ağcaqanadların əlindən yata bilmirsinizsə oxuyun - Resept

“Formula 1”: Yollarda qazma 10 gün davam edəcək

Ermənistanda etiraz aksiyaları zamanı 414 nəfər saxlanılıb - Yenilənib

"Formula 1": Bakıda bəzi avtomobil yolları daralacaq

İqor Ponomaryov: "Mənə nağıl lazım deyil, sözlərimi kimə lazımdırsa, çatdırın"

Buça canlanır: Rusiya işğalından azad olan şəhərin son görüntüləri - Video

Ən çox oxunanalar