Çərşənbə axşamı, 17 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Media haqqında” yeni qanun layihəsi müasir tendensiyalara cavab verir - Əhməd İsmayılov

Heç kimdə şübhə olmamalıdır ki, Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi müasir tendensiyalara və standartlara cavab verir, eləcə də KİV-in fəaliyyət sahəsini genişləndirir".

PİA.az xəbər verir ki, bu barədə Medianin İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovun Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviçə ünvanladığı məktubda deyilir.

Məktub D.Miyatoviçin Milli Məclisdə qəbul olunan “Media haqqında” qanuna tənqidinə cavab olaraq yazılıb.

Məktubda deyilir ki, Azərbaycan demokratik cəmiyyətin vacib tərkib hissəsi olaraq KİV-in azadlığına böyük əhəmiyyət verir: “Azərbaycanda söz azadlığı və KİV azadlığına milli qanunvericilk, eləcə də ölkəmizin beynəlxalq öhdəliklərinə müvafiq şəkildə tam əməl olunur. Azad KİV-lərin və söz azadlığının təşviqi Azərbaycan hökuməti üçün prioritetdir. Azərbaycan Prezidentinin 12 yanvar 2021-ci il tarixli fərmanı ilə Medianin İnkişafı Agentliyinin yaradılması da bununla bağlıdır. Bu fərman KİV sahəsində keyfiyyət dəyişikliklərinin təmin olunması üçün islahatların dərinləşdirilməsini nəzərdə tutur”.

Qeyd olunur ki, D.Miyatoviçin sözlərinin əksinə olaraq, qanun layihəsi müasir demokratik cəmiyyətin bütün tələblərinə cavab verir və peşəkar jurnalistika fəaliyyətinin maneəsiz və səmərəli icrasının təmin olunması mexanizmlərinin möhkəmlənməsinə yönəlib. Beləliklə, qanun Azərbaycanın bütün beynəlxalq öhdəliklərinə, o cümlədən Avropa İnsan Haqları Konvensiyası ilə bağlı öhdəliklərinə uyğundur.

Bundan başqa, yeni qanun layihəsi inklüzivlik və şəffaflıq şəraitində hazırlanıb. 800-dən çox jurnalist və ekspert qanunu Milli Məclisdə baxılmazdan əvvəl müzakirə etmək imkanı əldə edib. Həmçinin, parlament səviyyəsində çoxsaylı ekspertlərin, KİV nümayəndələrinin və vətəndaş cəmiyyətinin iştirakı ilə bir neçə dəfə ictimai dinləmələr təşkil olunub.

Məktubda vurğulanır ki, “Media haqqında” qanunun müasir reallıqlara uyğun olduğu və KİV-in fəaliyyət sahəsini genişləndirəcəyi barədə heç kimdə şübhə olmamalıdır.

“Qanun media subyektlərinin hüquqlarını, o cümlədən informasiya və kommunikasiya texnologiyalarının inkişafından meydana çıxan hüquqlarını qoruyacaq, KİV-in azadlığını və fikir azadlığını, eləcə də məlumatı axtarmaq, əldə etmək və yaymaq azadlığını təmin edəcək”, - məktubda deyilir. (AzVision.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - Video

Milli Məclis Aparatında kadr dəyişiklikləri olub

Müdafiə Nazirliyi: "12 616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır"

Ərdoğan: “Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı olmayacağıq”

Ağcaqanadların əlindən yata bilmirsinizsə oxuyun - Resept

Ermənistanda etiraz aksiyaları zamanı 414 nəfər saxlanılıb - Yenilənib

“Formula 1”: Yollarda qazma 10 gün davam edəcək

Buça canlanır: Rusiya işğalından azad olan şəhərin son görüntüləri - Video

"Formula 1": Bakıda bəzi avtomobil yolları daralacaq

Ən çox oxunanalar