Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boric Conson Rusiyanı hədələdi – “Bir çox rus analarının oğulları vətənə qayıda bilməyəcəklər”  

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı növbəti dəfə xəbərdarlıq edib. 

O bildirib ki, Putin qan tökmək yolunu seçsə, ukraynalılar şiddətlə müqavimət göstərəcəklər. 

“Tarix bunu göstərir ki, 2014-cü ildə öz ölkələrini müdafiə etməyə çalışan ukraynalılar indi daha güclü döyüş imkanları ilə vuruşmaq əzmində olacaqlar. Rusiya bu yolu seçsə, bir çox rus analarının oğulları vətənə qayıda bilməyəcəklər" – Conson vurğulayıb.

Baş naziri parlamentdəki çıxışında Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə İngiltərənin NATO-ya əsgər göndərməyə hazır olduğunu bildib. B.Conson, Estoniyadakı NATO qoşunlarına Böyük Britaniyanın rəhbərlik etdiyini xatırladıb. O əlavə edib ki, Britaniya ordusu 2015-ci ildən bəri 21 min Ukrayna əsgərinə təlim keçib: "Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə baş verəcək faciə haqqında düşünəndə ürpəşirəm. Ukraynalıların öz ölkələrini müdafiə etmək üçün qanuni hüquqları var. Onların müqaviməti Çeçenistanda, Bosniyada və ya Avropanın 1945-ci ildən bəri dözdüyü istənilən münaqişəyə bənzəyir".

Conson həmçinin vurğulayıb ki, Britaniya və müttəfiqləri Rusiyaya qarşı ağır iqtisadi sanksiyalarla cavab verəcəklər. 

O qeyd edib ki, Böyük Britaniya aylardır ABŞ və onun avropalı müttəfiqləri ilə çəkindirmə vasitələrindən istifadə edərək müharibənin qarşısını almağa çalışırlar: “İngiltərə, ABŞ, Fransa, Almaniya, İtaliya, Polşa və Aİ liderləri Rusiyaya qarşı əvvəlki sanksiyalardan daha sərt, əlaqələndirilmiş iqtisadi sanksiyalar tətbiq edəcəkləri barədə razılığa gəliblər”.

Conson Berlin divarının yıxılmasından sonra Avropada əldə edilən azadlıqların qorunub saxlanılmasının vacib olduğunu qeyd edib və böhranın hələ də diplomatik həllin mümkün olduğuna inandığını bildirib. (AzPolitika.info)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar