Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO daxilində narazılıq artır: Bu ölkə qoşun göndərməyəcək!

Ukrayna ətrafında baş verən gərginlik ABŞ və Qərbin media resursları tərəfindən məqsədyönlü şəkildə manipulyasiya edilərək müharibə fonunda ictimaiyyətə təqdim edilir. Aydın məsələdir ki, rəsmi Vaşinqton media resurslarından Kremlə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Bununla o Rusiyaya həm özünün, həm də Qərbin nə qədər qərarlı və israrlı olduğunu göstərmək istəyir.

ABŞ-dan fərqli olaraq hazırda NATO daxilində heç də bütün ölkələr Kremllə gərginlik yaşamaq istəmir. Hazırda Rusiya ilə iqtisadi-siyasi münasibətləri olan və dini-etnik baxımdan yaxın ölkələr var. Xüsusilə bu ölkələr mövcud vəziyyətdən narazıdır. Misal üçün Xorvatiya bu ölkələrdən biridir.

Ötən gün Xorvatiya Prezidenti Zoran Milanoviç Ukrayna ilə Rusiya arasında müharibə başlayacağı halda hansı addımların atılacağı ilə bağlı sualları cavablandırarkə n deyib ki, mən Xorvatiya ordusunun baş komandanıyam və Ukrayna ilə Rusiya arasında münaqişənin gərginləşəcəyi təqdirdə Xorvatiya ordusunun bütün üzvlərini çıxaracağam.

Prinsip etibarilə bu haqlı tələbdir. Gərginliyin günü-gündən artması və müharibə sferasına keçməsi hərkəs kimi Xorvatiyanı da narahat edir. Rəsmi Zaqreb hər şeydən əvvəl slavyan xalqdır və həm Ukrayna, həm də Rusiya ilə yaxındır. Mövcud vəziyyətdə tərəf tutmaq istəmədiyi kimi, NATO daxilində ehtimal müharibəyə qoşulmaq da istəmir. Lakin indiki halda Xorvatiyanın belə bir qərar verməsinin əsas səbəbi hesab edirəm həm də ABŞ ilə bağlıdır. Məsələ ondadır ki, rəsmi Vaşinqton Ukrayna gərginliyində Ukraynaya birbaşa dəstək vermir. Misal üçün Ukraynaya qoşun göndərmir. Bununla belə NATO-nu önə çəkərək Şərqi Avropada alyansın hərbi kontingenti artırır. Faktiki olaraq Ukrayna konfliktində NATO və Kreml üz-üzə gəlir. Bu vəziyyətdən isə ən çox zərər görəcək olan təbii ki, alyans üzvləridir.
Xarvatiya rəhbərliyi görünür bunu anlayır və Vaşinqtonun müdaxilə etmək istəmədiyi bir məsələyə NATO adı altında müdaxilə etmək istəmir.

Milanoviçin “Qərarımız tamamilə Co Bayden rəhbərliyinin dinamikası və Amerikanın daxili siyasətindən asılıdır” sözləri də rəsmi Vaşinqtona açıq mesajdır. Yəni Bayden Ukraynaya qoşun göndərəcəksə NATO üzvləri də göndərəcək. Əks təqdirdə Xorvatiya və digər Avropa ölkələri ABŞ-ın istəyi ilə Ukraynada Rusiyaya qarşı döyüşməkdən bir-bir imtina edəcək.

Turan Rzayev - Politoloq

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar