Çərşənbə axşamı, 17 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“III dünya müharibəsi “enerji” qaynaqları uğrunda ola bilər” - Siyasi şərhçi

Birinci və ikinci dünya müharibələri dünyanın siyasi xəritələrini dəyişmək, yeni ərazilər ələ keçirmək uğrunda idisə, III dünya müharibəsi "enerji" qaynaqları uğrunda ola bilər. Amma dünya hələki buna hazır deyil. Rusiya öz şərtlərini(əsas şərt NATO-nun şərqə doğru genişlənməməsi) diktə etmək üçün psixoloji təzyiqlər edir.

Avropanın qaz ehtiyatını Rusiya qarşılayır.
AvropaRusiyadan azad etmək üçün gərək onun enerji ehtiyatlarını təmin edələr. ABŞ bunun üçün Qətəri alternativ görür, ancaq bu proses çox baha başa gələ biləcək bir layihədir. Almaniya Rusiyanın "şimal axını 2" layihəsindən olduqca fayda götürdüyündən Ukrayna üçün qapılarını bağladı. NATO üzvlərinin Rusiyaya müharibə edəcəyini düşünmək emosionallıq ola bilər.

Rusiyanın irəli sürdüyü şərtlərin künclərini yonaraq kompromis əldə etmək olar. Rusiya Svestapol bazasına görə, Qara dənizin geostrateji mövqeyinə görə Kırımı güzəştə getməyəcək!

Ukrayna ehtiyatsız davransa, uduzacağına şübhəm yoxdur. Türkiyənin vasitəçi kimi iştirak etməsi(ehtimalı çox yüksək deyil) Rusiya üçün sərfəlidir. Əgər üçlük bir masada əyləşəcəksə(rejim rəhbərləri də ola bilər) Türkiyə neytrallığı qoruyacaq, ancaq Rusiya güzəştə getməyəcək.

Türkiyə Amerikanın təzyiqlərinə baxmayaraq S-400-lərdən imtina etmədi. Lakin zənn etmirəm ki, separatçı rejimlər(Donetsk, Luqansk) Türkiyənin vasitəçiliyini səmərəli hesab edələr.

Rusiyanı yalnız koalisiya formatında diz çökdürmək olar.

Elman Vəliyev - Siyasi şərhçi

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - Video

Milli Məclis Aparatında kadr dəyişiklikləri olub

Müdafiə Nazirliyi: "12 616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır"

Ağcaqanadların əlindən yata bilmirsinizsə oxuyun - Resept

Ermənistanda etiraz aksiyaları zamanı 414 nəfər saxlanılıb - Yenilənib

“Formula 1”: Yollarda qazma 10 gün davam edəcək

Buça canlanır: Rusiya işğalından azad olan şəhərin son görüntüləri - Video

"Formula 1": Bakıda bəzi avtomobil yolları daralacaq

İqor Ponomaryov: "Mənə nağıl lazım deyil, sözlərimi kimə lazımdırsa, çatdırın"

Ən çox oxunanalar