Cümə, 20 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Naxçıvanı daşnaklardan xilas edən Kazım Qarabəkir paşaya qardan heykəl qoyuldu

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ən yaxın silahdaşlarından biri, görkəmli hərbi və siyasi xadim, I Dünya Müharibəsi zamanı Osmanlı imperiyasının Şərq cəbhəsi qoşunlarının komandanı olmuş və Naxçıvanı daşnak-erməni hücumlarından qorumuş Kazım Qarabəkir paşaya Qarsda qardan heykəl qoyulub.

virtualaz.org xəbər verir ki, görkəmli sərkərdəyə qardan heykəli Türkiyənin Qars Gömrük Müdirliyinin əməkdaşları onun vəfatının ildönümü münasibətilə yaradıblar. Belə ki, Qars Gömrük Müdirliyinin indiki binası Kazım Qarabəkir paşanın əvvəlcə evi, sonra qərargahı olub.

Kazım Qarabəkir paşa 1948-ci il yanvarın 26-da vəfat edib, bu gün həm də Dünya Gömrük Günü kimi qeyd edilir. Qars Gömrük Müdirliyinin əməkdaşları bu münasibətlə binanın həyətində generalın qardan heykəlini yaradıblar. Qars Gömrük İdarəsinin müdiri Muzaffer Özkan və işçiləri heykəlin qarşısında xatirə fotosu çəkdiriblər, onu rəhmətlə yad ediblər.

Kazım Qarabəkir paşa 1918-ci ildə Osmanlı imperatorluğu ilə yeni qurulan Azərbaycan Demokratik Cümhuriyyəti arasında imzalanmış dostluq və qarşılıqlı yardım haqda müqaviləyə uyğun olaraq Atatürkün əmri ilə Naxçıvanı erməni-daşnak qüvvələrindən xilas etməyə göndərilib. Belə ki, 1917-ci il bolşevik inqilabından sonra Türkiyə ilə sovet Rusiyası arasında imzalanan Ərzincan müqaviləsinə əsasən ruslar Şərqi Anadoludan çəkilməli idilər. Lakin onlar işğal etdikləri ərazilərdən çəkilərkən həmin yerləri ermənilərə təslim etməyə çalışırdılar.

O zaman rusların köməyi ilə ermənilərin ordusu yaradılmışdı və sayı 17 minə çatdırılmışdı. 1918-ci ilin əvvəllərində qatil Andranikin rəhbərliyi ilə həmin daşnak ordusu Ərzurum, Qars, Van, Bitlis, Muş, Naxçıvan və Zəngəzur da daxil olmaqla bölgədə erməni dövləti yaratmaq üçün bu ərazilərə hücum edib əhalini qılıncdan keçirir, amansız qətllər törədirdilər. Neçə vaxtdan bəri aparılan Brest-Litovsk danışıqları da bir nəticə vermirdi.

Vəziyyət o yerə çatmışdı ki, Qafqazda yaşayan müsəlmanlar, eləcə də Naxçıvan əhalisi ermənilərin bölgədə həyata keçirdiyi vəhşiliklərin qarşısını almaq üçün türk ordusunun vəziyyətə münasibət bildirməsini tələb etdi. Və Atatürkün əmri ilə Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir paşa vaxt itirmədən özünü naxçıvanlıların köməyinə yetirib. Kazım Qarabəkir paşanın komandanlığı altında döyüşən Qafqaz-Türk ordusu Naxçıvana yürüş edərək daşnakları geri oturdub və Naxçıvanın yerli özünüidarə hökumətinin qurulmasına yardım edib.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Əli Həsənova verdiyim 10 kaseti ermənilər qarşıma qoydular" - Şahbaz Quliyev

İran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı bəzi faktlar - Yenilənib

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt

Ermənistanda müxalifətin aksiyaları güclənir... - Paşinyan devrilə bilər?

Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib

“Azərbaycanda məmurlar qanunlara tüpürürlər” - Ekspert hərbiçilərə veteranlığın verilməməsinə görə od püskürdü...

"Heç kim Putinin qoyduğu sülh şərtlərini qəbul etməyəcək" - Şolts

Kürdəmir Regional Mədəniyyət idarəsində dövlət büdcəsindən mənimsəmələr...

Azərbaycanda hibrid avtomobillərinə güzəştlər tətbiq edilməyə başlanılıb

Müharibə əlillərinə ayrılan 50 milyon niyə yoxa çıxıb? - Prezidentin fərmanı ilə vəsait ayrılıb, ancaq...

Britaniya kəşfiyyatı: “Rusiya yüksək səviyyəli komandirləri işdən çıxarıb”

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə təbii qazın 50 %-ni Rusiyadan alır"

Ən çox oxunanalar